Salyanda sahibsiz itlər 10 baş xırdabuynuzlu heyvanı parçaladı - FOTO

699 3-01-2021, 12:30 hadise

Salyanda sahibsiz itlər 10 baş xırdabuynuzlu heyvanı parçaladı - FOTO

Salyan rayonunda sahibsiz itlər şəxsi təsərrüfata hücum edərək qoyun-quzunu parçalayıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Yenikənd kəndində baş verib.

Kənd sakini Nəhmədov Əli Rəhman oğluna məxsus 10 baş xırdabuynuzlu heyvan həyətyanı sahəyə məxsus yoncalıqda otlayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.

İtlər üç baş qoyunu öldürüb, yeddi baş qoyunu isə yaralayıb.

Hadisə yerinə gələn Salyan rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən qoyunlara quduzluğa qarşı vaksin vurulub və digər profilaktik tədbirlər görülüb.

XƏBƏR LENTİ