Xankəndi yaxınlığında yenə atışma oldu...

602 12-01-2021, 08:16 cemiyyet

Xankəndi yaxınlığında yenə atışma oldu...Gecə saatlarında Azərbaycanın Xankəndi şəhərində növbəti dəfə atışma səsləri eşidilib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, atıcı silahlardan qısa fasilələrlə tək-tək atəş səslərinin eşidilməsi davam edir. Növbəti atışma səsləri Bakı vaxtı ilə saat 01:04-də eşidilib.

Qeyd edilir ki, hazırda şəhərin özündə vəziyyət sabitdir.

Xatırladaq ki, dünən də Xankəndidə atışma səsləri eşidilib. Belə ki, şəhərin bir neçə sakini sərxoş vəziyyətdə havaya atəş açıb. Həmin şəxslər saxlanılıb./"Report"

XƏBƏR LENTİ