Türkiyədə batan gəminin dörd üzvü ölüb –Dənizdə axtarışlar dayandırılıb

629 17-01-2021, 18:41 dunya

Türkiyədə batan gəminin dörd üzvü ölüb –Dənizdə axtarışlar dayandırılıbQara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Rusiya dövlət bayraqlı “Arvin” adlı quru yük gəmisinin batması nəticəsində dörd nəfər həyatını itirib.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün frekat göndərib.

XƏBƏR LENTİ