Güclü külək əsəcək, çovğun olacaq, yollar buz bağlayacaq –XƏBƏRDARLIQ

Güclü külək əsəcək, çovğun olacaq, yollar buz bağlayacaq –XƏBƏRDARLIQBakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq, 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 20-si axşamdan 21-i gündüzədək çovğun olacağı, 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur.

Yanvarın 18-i gündüzdən Azərbaycanın qərb rayonlarından başlayaraq, 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

Güclü külək əsəcək, çovğun olacaq, yollar buz bağlayacaq –XƏBƏRDARLIQ

  • 18-01-2021, 12:27
  • 243


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ƏLİ HƏSƏNOVA 2 MİLYARDLIQ KORRUPSİYA İTTİHAMI... - İstintaqda dindirildiyi, 15 milyon geri qaytardığı deyilir + FOTOLAR
  2. “İcra başçısı 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur – VİDEO
  3. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...
  4. Azərbaycanda tanınmış məşqçinin oğlu ÖZÜNÜ ASDI
  5. Sabah hava necə olacaq? –Proqnoz
  6. DEPUTAT BU XƏSTƏXANANI İTTİHAM ETDİ - "Rüşvət almaq adi hala çevrilib, əməlli “bazar”dır"
  7. ƏRDOĞAN VƏ BAĞÇALI ŞUŞAYA GƏLİR - Türk məktəbinin təməli birlikdə atılacaq!
  8. Ermənilər Xocavənddə məktəbi donuzxanaya çevirib - VİDEOREPORTAJ
  9. Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
  10. Bu gün Reportyor.info xəbər portalının 3 yaşı tamam olur
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MARAQLI