Lavrov Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinə münasibət bildirib

Lavrov Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinə münasibət bildirib“Bütün razılaşmalarda, hər şeydən öncə 9 noyabr bəyanatında Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi ilə Ermənistanla Dağlıq Qarabağ arasındakı əlaqənin təmin olunacağı əksini tapıb”.

Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında APA-nın Moskva müxbirinin “Azərbaycan tərəfi Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfər etməsinə etiraz edir. Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfəri zamanı niyə Azərbaycan tərəfindən icazə alınmır? Rusiya sülhməramlıları bu məsələni necə nizamlayacaq” sualına cavabında deyib.

S. Lavrov bildirib ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni heç kim heç vaxt inkar etməyib: “Məhz buna görə Laçın dəhlizi konsepsiya kimi heç kim tərəfindən inkar edilməyib. Ona görə də bu, azərbaycanlı qonşularımız da daxil olmaqla bütün tərəflərin razılığının predmetidir. 9 noyabr bəyanatında Laçın dəhlizinə paralel olaraq yeni dəhlizin, eyni zamanda Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin yaradılması əksini tapıb. Ermənistan rəsmiləri Dağlıq Qarabağdakı humanitar fəaliyyətə cəlb olunub. Ona görə də bu əlaqələrə mane olmaq üçün bir səbəb görmürəm”.

Lavrov Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinə münasibət bildirib

  • 18-01-2021, 15:12
  • 244


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. VƏTƏN MÜHARİBƏSİNDƏ DÜŞMƏNƏ VURULAN AVİAZƏRBƏLƏR - MN görüntüləri yaydı
  2. Qara-qırmızı Xocalı-Rəfail Tağızadə
  3. "Baş verənlər Ermənistanın daxili işidir" - Sergey Lavrov
  4. PAŞİNYAN BAŞ QƏRARGAH RƏİSİNİ İSTEFAYA GÖNDƏRDİ - Son dəqiqə
  5. Bakıya bir ayın yağıntısı bir gündə yağıb - "Qarın ən kəskin dövrü geridə qaldı"
  6. Bərdədə əməliyyat: vəzifəli şəxslər korrupsiyaya görə həbs edildi
  7. Yerevanda ordudan növbəti həmlə:qırıcılar paytaxtda havalanıb - VİDEO
  8. RUS HƏRBİ EKSPERTDƏN SENSASİON AÇIQLAMA - "10 noyabrda Ermənistan Bakıya raket atdı"
  9. Putin Qarabağa görə Təhlükəsizlik Şurasını TOPLADI
  10. "BİLMİRLƏR Kİ, TƏYYARƏLƏRİNİ KİM OĞURLAYIB..." - " Bütün dünyaya biabır oldular"
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI