Binəqədi qəsəbəsində Prezident İlham Əliyevin hökmü yox Bələdiyyə sədri Aytac Əliyevanın hökmü keçir - ARAŞDIRMA

Binəqədi qəsəbəsində Prezident İlham Əliyevin hökmü yox Bələdiyyə sədri Aytac Əliyevanın hökmü keçir - ARAŞDIRMA


Son günlər Azərbaycan mediası Binəqədi rayonu , onun İcra Başçısı Xaləddin İsgəndərov haqqında müxtəlif faktlar, qanun pozuntuları, korrupsiya qalmaqalları barədə geniş yazsa da, bir çox məqamlar gizlin qalmaqdadır. Binəqədi rayonu İcra Hakimiyyətinin Başçısı Xaləddin İsgəndərov rayon ərazisində mövcud olan, əsl “Koza Nostra” klanı kimi təşkilatlandırılmış “Aytac Əliyeva dəstəsi” və əlaltıları barədə nədənsə yazılmır. Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva ilə bağlı redaksiyamıza məlumat verən yerli sakin elə qanun pozuntularından danışdı ki, adamın başında tükləri biz-biz durdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məmurlara korrupsiya, rüşvətxorluq, məmur özbaşnalığı ilə qəti mübarizə aparmağı tapşırır, bu istiqamıtdı ciddi şəkildə tədbirlər görülür, həbslər gedir... Amma Bakıda Dövlət Başçısının qulağının dibindəcə Binəqədi rayon İcra Hakimiyyətinin Başçısı Xaləddin İsgəndərov, onun əlaltısı Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva və icra başçısının qohumları “Koza Nostra” stilində mafioz qruplaşma yardıb vətəndaşlardan qanunsuz “haqq” yığır, tikintilərə “xeyir dua” vermək üçün konkret “daskı” təyin edirlər. Vətəndaşlar da etiraz edəndə “öldürməklə” , “yox etməklə” , “didərgin salmaqla və “evini buldozerlə yıxmaqla” hədələyirlər.

Binəqədi Qəsəbə Bələdiyyəsi ərazisində nə baş verir?

Redaksiyamıza Binəqədi Qəsəbə Bələdiyyəsi ərazisində yaşayan vətəndaşlardan şikayət daxil olduqdan sonra geniş araşdırma aparmağa başladıq. Binəqədi bələdiyyəsi ərazisində olduq. Məsələ ilə bağlı Binəqədi Bələdiyyəsinin sədri Aytac Əliyeva ilə telefon əlaqəsi saxladıq.

Binəqədi Bələdiyyəsinin sədri, Yeni Azərbaycan Partiyasının üzvü, 1985-ci il təvəllüdlü, 28 yanvar 2015-ci ildən etibarən Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri vəzifəsini tutan Əliyeva Aytac Pərviz-qızı ilə Redaksiyamız adından telefon əlaqəsi saxlasaq da hər hansı bir suala cavab verməkdən imtina etdi. Bələdiyyə ərazisinda baş verən qanun pozuntuları, vətəndaşlardan “haqq” yığılması barədə verilən suallar cavbsiz qaldı. Aytac xanım həmin ittihamları nə inkar etdi nə də təsdiq. Maraqlı olan budur ki. İnkar etməyə belə cəhd etmədi... demək nəsə var..

Binəqədi qəsəbəsində Prezident İlham Əliyevin hökmü yox Bələdiyyə sədri Aytac Əliyevanın hökmü keçir - ARAŞDIRMA


Binəqədi Bələdiyyəsində tikinti sahiblərindən “haqq” yığma maxinasiyaları

Binəqədi bələdiyyəsi ərazisində ev tikmək üçün Bələdiyyə sədri Aytac Əliyevanın “qoçularına” mütləq şəkildə “haqq” verməlisən əks təqdirdə tikəcəyin evi traktorla və ya buldozerlə uçuracaqlar. Fərqi yoxdur torpaq sənin qanuni mülkiyyətindir və yaxud mülkiyyətin deyil. Binəqdi Bələdiyyəsi ərazisində prezident İlham Əliyevin fərmanları və tapşırıqları öz qüvvəsini itirir... Binəqədi Bələdiyyəsində Prezident İlham Əliyev yox Aytac Əliyevadır. Bu de-fato vəziyyətdir. Prezident İlham Əliyeva şikayət etsən belə yenə də Cənab Prezidentin iradəsi keçməyəcək. Ev tikmək üçün mütləq “haqq” verməlisən.

Mənbə qeyd edir ki, bütün bunların arxasında isə Binəqədi rayon İcra Hakimiyyətinin Başçısı Xaləddin İsgəndərov durur. Aytac Əliyeva, isə mənbənin verdiyi məlumata görə İcra Başçısından 2000 manat paket alsa da, tikintilərdən yığılan “haqq”lardan faiz alır.

Məlumat verən mənbə bildirir ki, yığılan pullar toplanır və İcra Başçısı Xaləddin İsgəndərova ötürlür. Pulu ya Aytac Əliyeva özü, ya da Xaləddin İsgəndərovun Binəqədi bələdiyyəsində işləyən qohumu Zaur adlı şəxs aparır.

Binəqədi qəsəbəsində Prezident İlham Əliyevin hökmü yox Bələdiyyə sədri Aytac Əliyevanın hökmü keçir - ARAŞDIRMA


Aytac Əliyevaya verilməli “haqq”ların miqdarları

Redaksiyaya məlumat verən mənbə bildirdi ki, Binəqədi Bələdiyyəsində konkret müəyyən edilmiş “haqq” miqdarları mövcuddur və ev tikintisi aparmaq istəyən hər bir şəxs bu miqdarı Aytac Əliyevanın “qoçularına” ödəməlidir. Beləliklə şəxsi torpaq sahəsinə hasar çəkmək 3000 azn, 1 mərtəbəli ev tikmək 5000 azn, kürsülü ev 8000 azn-10.000 azn arası, 2 mərtəbəli ev tikmək üçün isə 15.000 azn “haqq” vermək gərəkdir. Bu “haqqı” Aytac Əliyevanın “qoçularına” verməsən nəinki tikinti aparmaq olar, hətta evini başına uçura bilərlər.

Bu isə o deməkdir ki. Binəqədi Bələdiyyəsinin sədri Aytac Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi saya salmayaraq, onun korrupsiyaya qarşı siyasətini inkar edərək, Binəqədi Qəsəsbəsində özünü Sultan elan edib və orada yalnız onun öz qanun-qaydaları işləyir.

Aytac Əliyevanın “reket dəstəsai” və ya Binəqədi “Koza Nostra”sı

Qərb Universitetinin politologiya fakultəsini bitirmiş Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri, gənc və gözəl xanım olan Aytac Pərviz Qızı Əliyeva Binəqədi Qəsəbəsində sözün əsl mənasında Amerikada 19 əsrdə fəaliyyət göstərmiş, italyan mafioz qrupu “Koza Nostra” tipində rüşvət-korrupsiya suturkturu yardıb. Etibarlı mənbə bildirir ki, Aytac Əliyevanın yaratdığı bu sturuktur məhz Binəgədi rayon İcra Başçısı Xaləddin İsgəndərovun xeyir duası ilə baş tutub. “Amerikada “Koza Nostra” məhz 19-cu əsrdə Çikaqo, Detroyt və Nyu-York şəhərlərində mağazalardan, kiçik sahibkarlardan və tikintilərdən müəyyən edilmiş “haqq” yığırdı. Düzdür Aytac xanım çox humanistdir. “Koza Nostra” o vaxt haqq verməyəni konkret olaraq öldürüdü. Amma Aytac xanım Binəqədi İcra Hakimiyyətinin Başçısı Xaləddin İsgəndərova arxalanaraq öldürmür, sadəcə vətəndaşıbn evini başına uçurur. Kim inanmırsa getsin Binəgədi Bələdiyyəsi ərazisində ev tikməyə cəhd etsin. Alınmayacaq!

Həmən Aytac Əliyevanın “qoçuları”: Bələdiyyənin hüquqşünası Rahib, İsayev Rəşad və Bələdiyyə üzvü Pərviz Verdiyev gəlib tədbir görəcəklər. Ya “haqq” alıb gedəcək ya da evini başına uçuracaqlar.

Binəqədi Bələdiyyəsi sədri Aytac Əliyevanın “haqq” yöğma dəstəsinin tərkibi barədə də etibarlı mənbə bizi məlumatlandırıb. Beləliklə bu dəstə bu şəxslərdən ibarətdir: Aytac Əliyeva, Zaur (Xaləddin İsgəndərovun qohumu), Bələdiyyə üzvü Pərviz Verdiyev, Ramin və Arif adlı şəxslər. Aytac xanım dəstə üzvlərini “NİVA “ markalı avtomobillərlə təmin edib və onlar Binəqədi Qəsəbəsinin ərazisində daima “patrulluq” edirlər. Hətta yerli sakinlərdən ibarət, hər məhəllədə “öz göz və qulaqlarını” təyin ediblər. Hər hansı tikinti başladıqda məlumat həmən “qoçulardan” birinə çatdırılır.

Yəni bu da bir qanunsuzluq: vətəndaşı digər vətəndaş qarşı agent kimi istifadə etmək. Bu çox asan sübut oluna bilər , sadəcə hüquq muhafizə orqanları Aytac Əliyevanın və “qoçularının” telefon danışıqlarının siyahısını çıxarsalar, Binəqədi Qəsəbəsi ərazisində Azərbaycan Respublikası qanunverciliyi ilə nəzərdə tutulmayan agentura şəbəkəsinin cizgiləri üzə çıxacaq.

Digər təfədən Aytac xanım və rəhbərlik etdiyi “Koza Nostra”sı Binəgədi rayonu ərazisində yanan binaya görə həbs edilmiş İcra Başçısının eks-müavini Ədalət Rəcəbovu da yaddan çıxarmırlar, ona hər həftə yaxşıca “bazarlıq edilib” göndərilir. Bu da mafiya sadiqliyi prinsipinin bir numunəsi.

Binəqədi Qəsəbə Bələdiyyəsi barədə araşdırmamız davam edir. Binqədi Qəsəbəsində yaşayan sakinlərdən xaiş edirik ki, baş verən qanun pozuntuları, röşvət və korrupsiya faktları ilə bağlı BakuNews Azərbaycan Redaksiyasına informasiya və məlumat göndərsinlər. Məlumatları verən şəxslərin anonimliyi qorunacaq.

Binəqədi Bələdiyyəsi ərazisində tezliklə qanunun bərpa olunması, Prezident Cənab İlham Əliyevin fərman və tapşırıqlarının yenidən qəsbə ərazisində işləməsi üçün hüquq-mühafizə orqanlarının hərəkətə keçəcəyinə inanırıq.


Araşdırma davam edir...

AYTAC PAŞAYEVA

Binəqədi qəsəbəsində Prezident İlham Əliyevin hökmü yox Bələdiyyə sədri Aytac Əliyevanın hökmü keçir - ARAŞDIRMA

  • 18-07-2015, 13:05
  • 2 240


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI