"Hər gün 30-dək meyitin ekspertizası keçirilir" - "Döyüşdə öldürülən 766 erməni hərbçi tanınmaz haldadır"

"Hər gün 30-dək meyitin ekspertizası keçirilir" - "Döyüşdə öldürülən 766 erməni hərbçi tanınmaz haldadır"Müharibənin əvvəlindən bəri Ermənistanda məhkəmə-tibb ekspertizasına ümumilikdə 3450 meyit gətirilib.

"Azadlıq" radiosunun yerli xidməti bildirir ki, bu barədə məlumatı hökumət müşavirəsindən sonra jurnalistlərlə söhbətində Ermənistanın yeni səhiyyə naziri Anait Avanesyan bildirib. Avanesyan qeyd edib ki, hər gün 30-dək meyitin identifikasiyası üzrə ekspertiza keçirilir: “Temp bir xeyli artırılıb və biz ümid edirik ki, bu məsələdə irəliyə doğru daha sürətli hərəkət edilməlidir”.

Yanvarın 20-də parlamentdə keçirilən hökumət saatında çıxış edən baş nazir müavini Tiqran Avinyan bildirib ki, döyüş sahəsindən çıxarılan 3439 meyitin 766-sı hələki identifikasiya olunmayıb. Onun sözlərinə görə bu meyitlər hazırda DNT analizi mərhələsindədirlər.

“Çiçəklənən Ermənistan” müxalifət fraksiyasının müharibənin sonundan bəri 2 ay yarım keçməsinə baxmayaraq hələ də müxtəlif rəqəmlərin səsləndirilməsinə dair iradına cavab olataq Avinyan deyib: “Mən sadəcə olaraq istəyirəm ki, qayda aydın olsun. Həlak olanların sayı 4 mini keçməməlidir. Müdafiə Nazirliyi itkin düşənlərin vəəsirlərin siyahısını özünün yekun məruzəsində bildirəcək”.

Dağlıq Qarabağdakı separatçılar bildirilər ki, hazırda axtarış-xilasetmə işlərinin gedişatında tapılan qalıqların əksəriyyəti tanınmaz vəziyyətdədir: “Oktyabrın sonunadək meyitləri tanımaq olurdu. Amma indi, təəssüf ki, artıq tanımaq olmur. Bunlar əsasən sümük qalırlarıdır və onların kimə məxsus olduğu yalnız DNT analizi nəticəsində müəyyənləşdirilə bilər. Çox vaxt keçib, meyitlər tanınmaz vəziyyətə düşüb”.

Bildirilir ki, yanvarın 20-də Azərbaycan tərəfi döyüş yerlərində axtarış aparılmasına icazə verməyib, amma yanvarın 21-də bu iş bərpa olunub: “Yanvarın 20-də axtarış Azərbaycan tərəfinə görə dayandırılıb. Azərbaycanlılar deyiblər ki, onlarda “Qara yanvar” matəmi günüdür. Bugün işlər bərpa olunub. Dörd axtarış-xilasetmə dəstəsi Hadrut yaxınlığındakı Zoğalbulaq kəndi, Hadrut ətrafında və Cəbrayıl istiqamətində axtarış aparır”.

Məlumata görə noyabrın 13-dən döyüş bölgəsində hərbçilərin 1247 meyiti aşkar olunub./"AzPolitika.info"

"Hər gün 30-dək meyitin ekspertizası keçirilir" - "Döyüşdə öldürülən 766 erməni hərbçi tanınmaz haldadır"

  • 22-01-2021, 13:40
  • 323


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Putin Qarabağa görə Təhlükəsizlik Şurasını TOPLADI
  2. Prezidentin köməkçisi karantin rejiminin yenidən sərtləşdiriləcəyi iddialarına münasibət bildirib
  3. NECƏ EDƏK Kİ, YENİ RAMİZLƏR, ZİYALAR, FAZİLLƏR YETİŞMƏSİN? - Əlimizlə verdiyimizi, ayağımızla axtaranlar olmuşuq...
  4. Ukraynada azərbaycanlı iş adamı itkin düşüb
  5. Şəhid polkovnik-leytenant dəfn edildi
  6. Ermənistanın müxalifət lideri vətəndaş müharibəsi ehtimalından danışdı
  7. "UŞAQLARIMIZI GİZLİNCƏ QARABAĞA APARIRLAR..." - Ermənistandan sensasiyalı VİDEOREPORTAJ
  8. ANALOQSUZ ÖLKƏNİN ÖLÜMÜNÜ GÖZLƏYƏN VƏTƏNDAŞLARI
  9. QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır –RƏSMİ
  10. ERMƏNİSTAN HƏRBÇİLƏRİ QARABAĞA NİYƏ BURAXILIR? – “Azərbaycan öz xəbərdarlığını edib”
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI