İlahə Sadıqova: "Məşhurlaşmaq həvəsi insanları həddindən artıq duyğusuz və soyuqqanlı edib "

İlahə Sadıqova: "Məşhurlaşmaq həvəsi insanları həddindən artıq duyğusuz və soyuqqanlı edib "Bu gün sizin laqeyidcəsinə çəkilişini edib sosial şəbəkədə paylaşdığınız bir rolik sabah sizin və ya yaxınınızın başına gələ bilər və ona kömək lazım olan zaman biri onu da kömək etmədən beləcə çəkib paylaşar


İnformasiya axınına bu qədər yaxın olmadığımız zamanlarda, uşaqlıq dövrümüzdə televiziya kanallarından bu qədər şiddət, zərərli vərdişlərin təbliği, əxlaqsızlıq doğuracaq mənfi örnəklər uzaq tutulurdu. Biz də xeyirxahlıq, mehriban davranış, müsbət enerjili cizgi filmləri və filmlərə baxaraq normal psixikalı insanlar olaraq formalaşırdıq.
Təbii ki, o zamanlar da cəmiyyətdə eybəcərliklər olurdu, onsuz heç bir dövr və zaman olmayıb, amma bunların cəmiyyətdə təbliğatı bugünkü qədər deyildi.
İlahə Sadıqova: "Məşhurlaşmaq həvəsi insanları həddindən artıq duyğusuz və soyuqqanlı edib "
İnternet əsri bizə müsbət tendensiyalarla yanaşı mənfiləri də gətirdi. İnsanlar zamanda səyahət etməyə, istənilən informasiyanı anında əldə etməyə, dünyanın bir nöqtəsindən başqa nöqtəsinə virtual səyahət etməyə başlasalar da, cəmiyyətdə psixoloji problemlərin, şiddətin, aqressiyanın çoxalması kimi mənfi şeyləri də yaşamağa başladılar. Uşaqlar üçün şiddət oyunları yarandı, internetdə ölüm hadisələri, intiharlar, insan öldürmə, avto qəzalar, heyvanlara şiddət, insanlara qarşı şiddət və s. kimi çəkilişlər yer almağa başladı və bununla da psixikası zəif olan insanları təsiri altına aldı. Sosial şəbəkələrin bu məsələdə payı daha çoxdur. Uzun-uzadı yazmayım. Mövzu kulturoloji olduğu qədər də sosial-psixolojidir.
Bu gün KİV-lərdən növbəti intihar hadisəsi haqqında oxuduq. Çox üzücü bir xəbərdir. Yenə bir qadın həyatına son verdi. Bir müddət əvvəl də bir ana iki övladı ilə bərabər canına qəsd etmişdir.
Hadisənin səbəbi haqqında məlumatsızam. Bununla hüquq-mühafizə orqanları məşğul olacaqlar. Məni narahat edən sosial şəbəkələrdə kimlərinsə bu hadisəni əvvəldən axıradək telefonuna çəkib sonradan sosial şəbəkələrdə paylaşmasıdır.
Məşhurlaşmaq həvəsi insanları həddindən artıq duyğusuz və soyuqqanlı edib. Nəzərə alın ki, sosial şəbəkələrdə psixikası zəif insanlar var. Bəlkə də intihar etmək fikrində olub da buna cəsarət etməyən, lakin bu videodan sonra həvəslənən insanlar var. Cəmiyyətdə bu aqressiyanı yaymayın, lütfən. İnsanları müsbət şeylərə kökləyin. Elmə, yaradıcılığa motivasiya edin, maarifləndirici çəkilişlər edin. Şiddətdən uzaq olun. Bu gün sizin laqeydcəsinə çəkilişini edib sosial şəbəkədə paylaşdığınız bir rolik sabah sizin və ya yaxınınızın başına gələ bilər və ona kömək lazım olan zaman biri onu da kömək etmədən beləcə çəkib paylaşar. Etməyin!!! Pislik saçmayın.

İlahə Sadıqova

Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavin,
“Kulturologiya və onun ümumi məsələləri” ixtisası üzrə dissertant

İlahə Sadıqova: "Məşhurlaşmaq həvəsi insanları həddindən artıq duyğusuz və soyuqqanlı edib "

  • 25-01-2021, 10:54
  • 305


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. VƏTƏN MÜHARİBƏSİNDƏ DÜŞMƏNƏ VURULAN AVİAZƏRBƏLƏR - MN görüntüləri yaydı
  2. Qara-qırmızı Xocalı-Rəfail Tağızadə
  3. "Baş verənlər Ermənistanın daxili işidir" - Sergey Lavrov
  4. PAŞİNYAN BAŞ QƏRARGAH RƏİSİNİ İSTEFAYA GÖNDƏRDİ - Son dəqiqə
  5. Bakıya bir ayın yağıntısı bir gündə yağıb - "Qarın ən kəskin dövrü geridə qaldı"
  6. Bərdədə əməliyyat: vəzifəli şəxslər korrupsiyaya görə həbs edildi
  7. Yerevanda ordudan növbəti həmlə:qırıcılar paytaxtda havalanıb - VİDEO
  8. RUS HƏRBİ EKSPERTDƏN SENSASİON AÇIQLAMA - "10 noyabrda Ermənistan Bakıya raket atdı"
  9. Putin Qarabağa görə Təhlükəsizlik Şurasını TOPLADI
  10. "BİLMİRLƏR Kİ, TƏYYARƏLƏRİNİ KİM OĞURLAYIB..." - " Bütün dünyaya biabır oldular"
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI