DİN 4 rayonda əməliyyat keçirib

1 378 2-02-2021, 13:24 cemiyyet / kriminal

DİN 4 rayonda əməliyyat keçiribPolis əməkdaşları tərəfindən 4 rayonda keçirilən əməliyyatlarla odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Kəpəz Rayon polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyevdən “Makarov” markalı nömrəsi silinmiş tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilib.

Bundan başqa, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qanunsuz ov etdiklərinə görə kənd sakinləri T.Gözəlov və Q.Gözəlov saxlanılıb. Onlardan 2 ədəd “TOZ-16” markalı ov tüfəngi və 1 ədəd çöl quşu götürülüb.

Beyləqan rayonunun Şəfəq qəsəbə sakini N.Cabbarlıdan və İsmayıllı rayonunun Mücühəftəran kənd sakini E.Piriyevdən isə müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

XƏBƏR LENTİ