Ukraynada jurnalistlərə qarşı cinayətlərə görə cəzalar sərtləşdirilir

647 2-02-2021, 21:58 cemiyyet / dunya

Ukraynada jurnalistlərə qarşı cinayətlərə görə cəzalar sərtləşdirilirUkraynada jurnalistlərə qarşı cinayətlərə görə cəzalar sərtləşdirilir.

Ukrayna Ali Radası bununla bağlı müvafiq qanun layihəsini ikinci oxunuşda təsdiqləyıb.

Qanuna görə, bir jurnalist tərəfindən toplanan, hazırlanan materialların və texniki vasitələrin qanunsuz olaraq ələ keçirilməsi, məlumatların əldə edilməsinin qanunsuz olaraq qadağan olunması, bəzi mövzuların işıqlandırılmasına icazə verilməməsinə və hər hansı digər fəaliyyətə qəsdən mane olunmasına görə 8500-17 min (1 dollar-28,00 qrivna: müəllif) qrivna cəriməsi və ya 6 aydan 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Bir jurnalistin peşə vəzifələrini yerinə yetirməsinə mane olmaq və ya peşə fəaliyyəti ilə əlaqədar təqib etmək, ona hər hansı bir şəkildə təsir göstərmək 17-34 min qrivna cərimə və ya 6 aydan 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə nəticələnəcək.

Bu cür hərəkətlər vəzifəsindən sui-istifadə edən vəzifəli şəxs tərəfindən və ya bir qrup şəxs tərəfindən əvvəlcədən sui-qəsdlə törədildiyi təqdirdə cərimə məbləği 34-51 min qrivna olacaq və həmin şəxs və ya qrup üzvləri 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum ediləcək, həmçinin 5 ilə qədər azadlıqdan məhrum olunacaqlar(azərtac).

XƏBƏR LENTİ