Dünya Bankı ötən il Türkiyəyə rekord məbləğdə kredit ayırıb- Rəqəmlər

632 3-02-2021, 12:18 cemiyyet

Dünya Bankı ötən il Türkiyəyə rekord məbləğdə kredit ayırıb- Rəqəmlər2020-ci ildə Dünya Bankı doqquz kritik inkişaf layihəsi üzrə Türkiyəyə 2,501 mlrd. ABŞ dolları məbləğində rekord maliyyə dəstəyi göstərib.

“APA-Economics”in Dünya Bankına istinadən verdiyi məlumata görə, yeni kredit xətlərinin təsdiqindən sonra Dünya Bankının Türkiyədəki aktiv layihə portfeli 21 layihə üzrə 6,7 mlrd. dollara çatıb.

Bank Türkiyənin COVID-19 pandemiyasına təcili müdaxiləsini dəstəkləmək üçün sürətli, çevik və strateji bir yanaşma tətbiq edib. Beləliklə, 2020-ci il ərzində böhranın müxtəlif aspektlərinin həlli üçün 1,333 mlrd. dollar həcmində beş inkişaf layihəsi sürətlə hazırlanıb. Qalan 1,168 mlrd. dollarlıq dörd layihə isə Türkiyənin pandemiyadan sonra daha güclü bir şəkildə qayıda bilməyinə, daha bərabər və davamlı böyüməyə üçün hesablanıb.

XƏBƏR LENTİ