Bir nazir qardaşının başgicəlləndirən kolleksiyası

873 13-02-2021, 10:44 gundem

Bir nazir qardaşının başgicəlləndirən kolleksiyasıGörün, indi nazirin özündə nələr var...
Hələ beləsi olmamışdı. Bu gördüyünüz avtomobil kolleksiyası Heydərov Səməd Fəttah oğlu adlı şəxsə məxsusdur. O Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı, 15 il, yəni ölənə qədər deputat olmuş Fəttah Heydərovun oğludur. Rəsmi olaraq onun adına olan dövlət nömrə nişanları bunlardır: 99FS777, 99FK777, 99DK777, 10KJ777, 90CL777, 90TH777. Bu da nömrələrə məxsus olan avtomobil markalarıdır:
Mazda 6 Red
Toyota Tundra Black
BMW 760li
Lincoln MKZ
Mercedes S500 Brabus
Mercedes E 63 AMG
Cadillac Escalade
Lexsus 570
Hyundai Genesis
Mercedes-Benz G 55 AMG
Porsche Panamera
Bentley Continental GT
Porsche Cayenne Turbo
Toyota Hilux 2013 Tuining
Yadınızdadırsa zamanında baş nazirin müavini, "Qaçqınkom" sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev avtoşluq edərək qəza törətmişdi. Həmin qəzada avtoşluq etdiyi şəxs 99FS777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov idi. Nömrə Səmədin adına olduğu üçün mətbuat o zaman səhv salmışdı. Maqa ləqəbli avtoş Mirməhəmməd Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. Sən demə Əlövsət Səmədin bacanağı imiş. Ona görə oğluna kolleksiyasından istifadə etməyə icazə verib, o da adam vururmuş bununla. 30 sutka yatıb çıxmışdı. Kolleksiya o qədər böyük, maşın o qədər boldur ki, bacanaqoğlu istədiyi zaman istədiyini götürüb rahatlıqla avtoxuliqanlıq edir.
Paylaşaq, maksimum ictimailəşsin, İlham Əliyevin 26 illik sadiq məmurun qohumlarından xəbəri olsun, yəqin məlumatı yoxdur.
Həbib Müntəzir

XƏBƏR LENTİ