"Rusiya münasbətlərin normallaşmasını istəmir" - Lavrovun bəyanatına Aİ reaksiyası

718 13-02-2021, 10:07 dunya

"Rusiya münasbətlərin normallaşmasını istəmir" - Lavrovun bəyanatına Aİ reaksiyasıFevralın 12-də Rusiya Federasiyasının (RF) Xarici İşlər naziri Sergey Lavrovun «Moskva Avroittifaqla münasibətləri kəsməyə hazır olmalıdır» səpkili bəyanatından sonra, cavab reaksiyası özünü gözlətməyib.

Aİ xarici-siyasi xidmətinin rəsmi nümayəndəsi Peter Stanonun bəyan etdiyi kimi, Rusiya dəqiq işarə verib ki, Avroittifaqla münasbətlərin normallaşmasına getmək istəmir.

«Avroittifaq Rusiyanın bu mövqeyini nəzərə alır ki, o, sonuncu ilə münasibətləri normallaşdırmaq istəmir. Həm də biz, Kreml tərəfindən səsləndirilən izahatı nəzərə alırıq və bunu Aİ Şurasında müzakirə edəcəyik» - Stano bildirib.

"Biz, adətən siyasətçilərin bəyanatlarını KİV-ə şərh etmirik. Ancaq biz, sadəcə olaraq, siyasətçilərin KİV-ə bəyanatlarına yox, konkret hərəkətlərinə cavab veririk» - o, qeyd edib.

Bu zaman Stano fevralın əvvəlində Aİ təhlükəsizlik siyasəti və xarici işlər üzrə nümayəndəsi Jozep Borrelin Moskvaya səfərinə istinad edib.

«Rusiya kifayət qədər aydın cavab verib ki, Avroittifaqla münasibətlərin normallaşmasına getmək istəmir, o cümlədən, Jozep Borrelin Moskvaya səfərinin gedişi zamanı» - Stano bəyan edib.

XƏBƏR LENTİ