TÜRKİYƏYƏ QARŞI "YEDDİLƏR"İN FORUMU - Ərəblərin iştirakı ilə anti-türk alyansı yaradılır

TÜRKİYƏYƏ QARŞI "YEDDİLƏR"İN FORUMU - Ərəblərin iştirakı ilə anti-türk alyansı yaradılırTürkiyə fevralın 11-də Afinada Yunanıstanın, Misirin, Səudiyyə Ərəbistanının, Bəhreynin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iştirakı ilə keçirilmiş forumu pisləyib və bu tədbiri «anti-türk alyansı» adlandırıb.

Türkiyə Xarici İşlər Nazirliyinin cümə axşamı yayılan bəyanatında deyilir ki, «Yunanıstanın Xarici İşlər nazirinin Afina görüşündəki ittihamedici və şərləyici fikirləri onu göstərir ki, bu layihə dostluq məqsədləri güdmür». Bu barədə «Daily Sabah» qəzeti xəbər verib.

Rəsmi Ankara həm də göstərib ki, keçirilən forum Türkiyəyə qarşı «düşməncəsinə köklənib», o zaman ki, Türkiyə Şərqi Aralıq dənizi üzrə beynəlxalq konfrans çərçivəsində gerçək əməkdaşlığa çağırır.

«Yunanıstanın və yunan Kiprinin hərəkətləri Türkiyə və Avropa İttifaqı arasında münasibətlərin pozitiv gündəliyinin ləkələnməsinə yönəlib və sülhə və bölgədə təhlükəsizliyə təhdid yaradır» - Türkiyə XİN-də əlavə ediblər.

Fars körfəzinin bəzi ölkələrinin Xarici İşlər nazirləri və yüksək çinli rəsmi şəxsləri Afinada görüşüblər, nədən ki, Yunanıstan Türkiyənin şəxsində öz ənənəvi bölgəsel rəqibinə qarşı durmaq üçün alyansları genişləndirməyə can atır («Daily Sabah»).

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis forumda bəyan edib ki, yeddi ölkə - tədbir iştirakçıları mütəmadi təmasları saxlamağı və dövri olaraq, belə çoxtərəfli görüşlər keçirməyi planlayır.

«Yunanıstan üçün belə əməkdaşlıq aramaq təbiidir. Bizim daha geniş ətrafımızda çoxölçülü problemlər bunu qaçılmaz edir» - Yunanıstanın Baş naziri forum işə başlayarkən bildirib.

Xatırladaq ki, Fransanın çətiri altında Böyük Yaxın Şərqdə Türkiyə ilə tarixən mürəkkəb münasibətləri olan ölkələrin alyansı formalaşdırılır. Həmin qeyri-rəsmi koalisiyaya Qərbi Avropanın böyük dövlətlərindən əlavə, Yunanıstan, Kipr, Ermənistan, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri daxildir.

AzPolitika.info

TÜRKİYƏYƏ QARŞI "YEDDİLƏR"İN FORUMU - Ərəblərin iştirakı ilə anti-türk alyansı yaradılır

  • 13-02-2021, 10:50
  • 323


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Putin Qarabağa görə Təhlükəsizlik Şurasını TOPLADI
  2. Prezidentin köməkçisi karantin rejiminin yenidən sərtləşdiriləcəyi iddialarına münasibət bildirib
  3. NECƏ EDƏK Kİ, YENİ RAMİZLƏR, ZİYALAR, FAZİLLƏR YETİŞMƏSİN? - Əlimizlə verdiyimizi, ayağımızla axtaranlar olmuşuq...
  4. Ukraynada azərbaycanlı iş adamı itkin düşüb
  5. Şəhid polkovnik-leytenant dəfn edildi
  6. Ermənistanın müxalifət lideri vətəndaş müharibəsi ehtimalından danışdı
  7. "UŞAQLARIMIZI GİZLİNCƏ QARABAĞA APARIRLAR..." - Ermənistandan sensasiyalı VİDEOREPORTAJ
  8. ANALOQSUZ ÖLKƏNİN ÖLÜMÜNÜ GÖZLƏYƏN VƏTƏNDAŞLARI
  9. QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır –RƏSMİ
  10. ERMƏNİSTAN HƏRBÇİLƏRİ QARABAĞA NİYƏ BURAXILIR? – “Azərbaycan öz xəbərdarlığını edib”
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI