Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

813 2-03-2021, 16:47 dunya

Ermənistan prezidenti müxalifət lideri ilə görüşübErmənistan prezidenti Armen Sarkisyanla müxalif İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan arasında görüş olub.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu E.Marukyan feysbuk səhifəsində yazıb.

Görüşdə növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə edilib.

Müaxlifət partiyasının lideri parlamentin binasında jurnalistlərə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ona zəng edib: “Baş nazir görüşüb, növbədənkənar parlament seçkilərini və ölkədəki vəziyyəti müzakirə etməyi təklif etdi. Ola bilsin biz sabah (martın 3-də - red.) görüşəcəyik. Onda biz təklifləri müzakirə edərik. Nəticəni biləcəksiniz”.

Onun sözlərinə görə, müzakirə zamanı növbədənkənar seçkilərin keçirilməsi haqqında razılıq əldə etsələr, onda seçki təxirə salmadan keçirilməlidir. O, N.Paşinyandan martın 1-də mitinqdə bəyan etdiklərinin təsdiqinin tələbə edəcəyini söyləyib.

Qeyd edək ki, N.Paşinyan martın 1-də tərəfdarları ilə birlikdə keçirdiyi mitinqdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın keçmiş prezident Serj Sarqsyanın tapşırıqlarını yerinə yetirdiyini bildirimişdi.

Xatırladaq ki, Ermənistan parlamenti 132 deputatdan ibarətdir. Onların 83-ü hökumətyönümlüdür. 24-ü Çiçəklənən Ermənistan, 17-si isə İşıqlı Ermənistan fraksiyasının üzvləridir. 8 deputat isə bitərəfdir.

XƏBƏR LENTİ