"İrəvanda oturub Azərbaycanı dəyişdirə bilməyəcəksiz" - Tanınmış tədiqatçı ermənilərin bircə şansı olduğunu deyir

1 207 11-03-2021, 14:06 siyaset / cemiyyet

"İrəvanda oturub Azərbaycanı dəyişdirə bilməyəcəksiz" - Tanınmış tədiqatçı ermənilərin bircə şansı olduğunu deyir"Ermənistan sabit bir gələcək qurmaq istəyirsə, siyasətini dəyişməli və Azərbaycanla tam hüquqlu sülh müqaviləsi imzalamasına ehtiyac var".

"AzPolitika.info" xəbər verir ki, bunu Dağlıq Qarabağ münaqişəsinə dair ekspert, "Qara bağ" kitabın müəllifi, tədqiqatçı Tomas De Vaal bildirib.


O, müharibədən sonra Ermənistanda baş verən hadisələrdən danışarkən, "Zəfərin minlərlə atası var, amma məğlubiyyət həmişə yetimdir" ingilis atalar sözlərini xatırladıb.

Tədqiqatçı vurğulayıb ki, Qarabağ müharibəsi 2018-ci ildə baş vermiş "məxməri inqilab"-dan sonra erməni kimliyi və onun gələcəyi ilə əlaqədar cəmiyyətdə parçalanma və qütbləşməni kəskin şəkildə artırıb.

Ekspert Ermənistanı keçmişi yox, gələcəyi düşünməyə çağırıb: "Düşünürəm ki, ermənilərə səhvlərlə bağlı mübahisələrə qapılmamağı tövsiyə etməliyik. Əlbətdə, günün problemləri var, münaqişənin humanitar nəticələri, bununla birlikdə yeni imkanlar meydana çıxır".

Tomas de Vaal Azərbaycan ərazilərinin işğaldan azad ediləməsinin Ermənistan üçün həm Bakı, həm də Ankara ilə münasibətləri normallaşdırmağa şərait yaratdığını qeyd edib.

Ekspert daha sonra bildirib ki, erməni cəmiyyətinin bu gün yaşadığı böhran əslində çoxdan mövcuddur: "Bütün XX əsr boyu erməni toplumu daşnaklar və digər partiyalar arasında bölünüb. Dünyadakı erməni diasporasının bir çox nümayəndəsi, çoxlu sayda diaspora təşkilatı, "itirilmiş torpaqları geri qaytarmaq" kimi millətçi planı dəstəklədi. Ancaq reallıqda tək bir Ermənistan var, ümid edirəm ki, daha çox enerji bu respublikanın inkişafına və yenidən qurulmasına yönəldiləcək, bu, çiçəklənməyə imkan verəcək yeganə kursdur".

T. De Vaal bildirib ki, bunun üçün Azərbaycanla sülh vacibdir. "Ermənistan və Azərbaycan arasında tam hüquqlu sülh müqaviləsinin imzalanması tələb olunur. Qonşuları - Gürcüstan, Türkiyə, İran və Rusiya da buna ehtiyac duyur. Bu, iqtisadi əlaqələr, diplomatik nümayəndəliklər və s. daxil olmaqla ikitərəfli münasibətləri normallaşdıran bir sənəddir. Əlbəttə, bu sülh hələ çox uzaqdadır, ancaq razılaşma üçün çalışmaq lazımdır",-deyə, təhlilçi vurğulayıb.

Tədqiqatçı eyni zamanda, Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Qarabağın Azərbaycanın digər azad edilmiş əraziləri arasındakı infrastruktur və iqtisadi əlaqələri artırıb tədricən Azərbaycan həyatına qovuşacağına dair gözləntilərini dilə gətirib.

Ekspert Ermənistan cəmiyyətinin bir hissəsinin İkinci Qarabağ müharibəsi zamanı ölkənin dünya birliyindən nə üçün əhəmiyyətli dəstək almadığını başa düşməməsinə də toxunub: “Dünya bütün münaqişə dövründə Ermənistandan Azərbaycanın işğal olunmuş bölgələrinə qarşı heç bir şəkildə demokratik davranış görmədi. Bu ərazilərin zorla tutulması demokratiya əlaməti ola bilməzdi. Əvvəllər orada yaşayan azərbaycanlıların hüquqları inkar edildi və qovulduqları evlərinə qayıtmaq və hüquqlarını bərpa etməkdən imtina olundu".

Moskva və Ankaranın Cənubi Qafqazdakı vəziyyətə təsirindən danışan Tomas De Vaal, bölgədə bu qüvvələrin ortaq maraqlara sahib olduqlarına diqqət çəkib Onun sözlərinə görə, Rusiya və Türkiyə indi tam qarşılıqlı anlaşma qurublar.

Ekspert sonda bildirib ki, Ermənistanın kiçik bir ölkə olaraq, sürətlə dəyişməsi üçün şərtlər var: "Qiymətli resursları daxili siyasi mübarizələrə xərcləməyi dayandırmaq və insan kapitalının inkişafına yönəltmək, böyümək üçün hər cür fürsəti axtarmaq lazımdır. İrəvanda oturub Azərbaycanı dəyişdirə bilməyəcəksiz, ancaq Ermənistanı dəyişdirə bilərsiniz".

XƏBƏR LENTİ