Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

751 15-03-2021, 09:25 cemiyyet

Bakıda daha bir məktəb koronavirusa görə bağlandıBakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Məlumata görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər iki həftə distant formada davam etdiriləcək.

Qeyd edək ki, məktəbdə IX siniflər üçün keçirilməsi planlaşdırılan imtahanlar da ləğv olunub./Oxu.Az

XƏBƏR LENTİ