Karantin sərtləşdiriləcəkmi? - Qərargah üzvündən AÇIQLAMA

Karantin sərtləşdiriləcəkmi? - Qərargah üzvündən AÇIQLAMAKoronavirusun bugünkü dalğası bu şəkildə davam edərsə, yoluxmalar artarsa, xəstəxanalardakı çarpayıların tükənməsi, eləcə də oksigen aparatlarına tələbatın artması ilə yanaşı, reanimasiyalarda xəstələrə lazım olan köməkliyi edə bilməmək kimi bir təhlükə var qarşımızda. Bu reallığı qəbul etməkdən başqa da bir yolumuz yoxdur.

Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat ümidvar olduğunu bildirib ki, zaman çərçivəsində epidemioloji vəziyyət nəzarət altına alınacaq: “Epidemioloji vəziyyətin nəzarət altına alınmasında isə əvvəlcə cəmiyyətin bu hadisələrə kütləvi şəkildə olan reaksiyası vacibdir, çünki bu reaksiya olmadan, cəmiyyət kütləvi şəkildə epidemioloji vəziyyətin diqtə etdiyi 3 preventiv tədbiri tətbiq etmədiyi müddət içərisində dövlətin görmüş olduğu bütün işlərə baxmayaraq, nəticə almaq qeyri-mümkündür.

İkincisi, dövlət sadəcə yoluxma rəqəmlərinə baxaraq deyil, həm də ölkədəki bir çox faktorları nəzərə alaraq gələcəkdə qapanmalar haqqında qərar verə bilər. Bunlar nədir? İnsan resursları, xüsusən, səhiyyə sahəsində, xəstəxanalardakı resurslar və eləcə də ölkədəki ümumi vəziyyətdə bir çox parametrlər aidiyyəti qrumlar tərəfindən analiz olunaraq gələcəkdə cəmiyyət üçün, xüsusən xəstələnən və yoluxan insanlar üçün, onların müalicəsinin təşkili üçün təhlükə ortaya çıxdığı anda əlbəttə ki, karantin rejiminin sərtləşməsi qaçılmaz ola bilər. Amma ötən bir ilin təcrübəsi göstərdi ki, məcbur qalmadıqca heç bir ölkə sərt karantin rejiminə getmək istəmir, çünki bunun faydadan çox zərəri olduğu hamıya məlumdur”.

Karantin sərtləşdiriləcəkmi? - Qərargah üzvündən AÇIQLAMA

  • 30-03-2021, 20:58
  • 353


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
  3. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  4. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  5. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  6. Ucarda qadın qətlə yetirilib
  7. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  8. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  9. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  10. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI