Dövlət sərhədini pozaraq ərazidən qaçmağa çalışan şəxslər saxlanılıb

Dövlət sərhədini pozaraq ərazidən qaçmağa çalışan şəxslər saxlanılıbDövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Aprelin 3-də, saat 22:45 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan ərazisinə hərəkət edən 2 naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucuları ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxslərin İran vətəndaşı 1972-ci il təvəllüdlü Həmid Dərgahi Heydər oğlu və Azərbaycan vətəndaşı Xızı rayon sakini 1984-cü il təvəllüdlü Həsrətquliyev Elxan Eldar oğlu olması müəyyənləşdirilib, əllərindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 765 qram narkotik vasitəyə (865 qram “heroin”ə və 1900 qram “marixuana”ya) bənzər maddələr aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət sərhədini pozaraq ərazidən qaçmağa çalışan şəxslər saxlanılıb

  • 5-04-2021, 09:50
  • 437


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  3. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  4. Ucarda qadın qətlə yetirilib
  5. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  6. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  7. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  8. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
  9. "Kommersant" Ermənistana "İsgəndər M" raketinin nə vaxt verildiyi haqda yazıb
  10. Azərbaycanda küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkarlanıb
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI