Xəstəxanalarda vəziyyət necədir? - Qapanma ola bilər AÇIQLAMA

Xəstəxanalarda vəziyyət necədir? - Qapanma ola bilər AÇIQLAMA"Xəstələrin sayında proqressiv artım müşahidə olunarsa, indiyə kimi tətbiq olunan bütün qadağa növləri tətbiq oluna bilər. Buna misal olaraq SMS icazə sistemi və tam qapadılmanı göstərə bilərik".

Bu sözləri "ARB24"ə açıqlamasında həkim İmran Mirizadə bildirib.

Onun sözlərinə görə, sərt karantinin tətbiq olunması xəstəxanaların qəbul edəcəyi xəstə sayından asılıdır:

"Əgər ölkə ərazisində xəstələr üçün nəzərdə tutulmuş rezerv yerlər tükənəcəksə, qadağalar tətbiq oluna bilər. Karantin rejimi ölkə iqtisadiyyatı və vətəndaşlarına ciddi təsir göstərir. Bu səbəbdən Operativ Qərargah vətəndaşları düşünərək bu addımları atır.

Koronavirusa yoluxmuş bütün xəstələr xəstəxana şəraitində müalicə almır. Təbii ki, bunların içində evlərdə müalicə alanlar da var. Xəstəxanada müalicə alan koronavirus xəstələri aktiv xəstələrin təqribən 30-40 faizini təşkil edir.

Hazırda ölkə ərazisindəki xəstəxanalarda kifayət qədər yer var. Lakin bu da müəyyən limit daxilindədir".

Qeyd edək ki, Azərbaycanda COVID-19 virusuna yoluxmuş aktiv xəstələrin sayı 25 min 412 nəfərdir.



Xəstəxanalarda vəziyyət necədir? - Qapanma ola bilər AÇIQLAMA

  • 5-04-2021, 10:24
  • 269


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  3. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  4. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  5. Ucarda qadın qətlə yetirilib
  6. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  7. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  8. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  9. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
  10. "Kommersant" Ermənistana "İsgəndər M" raketinin nə vaxt verildiyi haqda yazıb
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI