"ABŞ-ın Qarabağla bağlı gizlində saxladığı məsələlər var ki, vaxtı gözləyir"

1 082 25-04-2021, 12:56 siyaset / dunya

"ABŞ-ın Qarabağla bağlı gizlində saxladığı məsələlər var ki, vaxtı gözləyir"Birləşmiş Ştatların prezidenti cənab Bayden Amerikanın siyasi tarixinə ermənilərin xeyrinə gözlənilməz və son dərəcə ədalətsiz bir səhifə əlavə etdi. Bu qara və olduqca tündləşdirilmiş bu səhifədə Bayden erməni faşizminin birəsrlik arzusuna yol açaraq uydurma 1915-ci ili erməni soyqırımı kimi tanıdığını bəyan etdi. Bayden açıq-aşkar tərəf tutdu. Bununla da ABŞ uzun illər NATO-da Türkiyə ilə əməkdaşlıq və müttəfiqlik əlaqələrinin perspektiv inkişafını böyük sual altına çəkdi. Bayden göstərdi ki, onun hökuməti üçün bütün mənəvi, siyasi, nəhəng iqtisadi bağlantılar dini baxışların fövqündə yox, məhz alt qatında yerləşir.

Bu fikrimi qərəzli, kinli və acıqlı münasibət tərzində yox, uzun zamanlar məhz güclü müsəlman dövləti olaraq Türkiyəyə qarşı ABŞ hökumətinin nümayiş etdirdiyi qeyri-səmimi yanaşma kimi qəbul edilməsini istərdim. Mənim qavradığım, reallıqlara söykənən mövqeyim heç də aldadıcı meyllərdən öz qaynağını almır. Çox təəssüfləndiricidir. ABŞ-ın yeni hökumət başçısı tərəfindən Ağ evdə əyləşdiyinin həftəsi tamam olmamışdı ki, Türkiyə ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətləri üzrə səslənən bəyanat və açıqlamaların hər iki ölkə üçün dərin faydalar gətirəcəyini düşündük. Hətta hörmətli Ərdəğonla dostluq təmaslarını gündəmə daşıyan cənab Baydeni birdən-birə nə dəyişdirdi ki, o, uydurma və saxta 1915-ci il "erməni soyqırımı" ifadəsini ortaya atmaqla beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa can atdı. Böyük siyasi təcrübə sahibinin siyasi nərdivanda belə sərt büdrəməsini heç istəməzdim. Fikrim məni yanıltmırsa, Bayden bu açıqlaması ilə çox yəqin ki, 44 günlük müharibədə böyük qələbə qazanmış Azərbaycanı da hədəf götürməmiş deyil. Erməni məhəbbəti nə zamansa sol ovcunda bərk-bərk saxladığı çınqıl daşını Azərbaycanın üzərinə atacağı gün yaxındadır. Türkiyənin yanında Azərbaycan da var. 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan və Ali Baş Komandan İlham Əliyevin sarsılmaz və möhkəm iradəsi ilə ərazilərimizin nəhayət ki, erməni faşizminin ilhaqından azad edilməsi onun xoşuna gəlmədiyi artıq bir gerçəkdir. Ermənipərəst Baydenin Şuşaya atılmış dağıdıcı İsgəndər-M ballastik raket qurğusunun erməni ordusunun əlinə necə düşdüyünün görsənir ki, heç fərqində deyil. ABŞ dövlət başçısı kütləvi qırğın silahından istifadənin səbəblərini yaxına buraxmır. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-ın Qarabağla bağlı gizlində saxladığı məsələlər var ki, vaxtı gözləyir. Birtərəfli qaydada Baydenin Ermənistanı müdafiə etməsi onun nə qədər ədalətli və demokratik fikirli dövlət başçısı olduğunu nümayiş etdirdi.

Xəyalıma gəlmir ki, saxta 1915-ci il "erməni soyqırımı" Baydenə qədər ki, hansısa ABŞ prezidenti dilə gətirilmiş olsun!!! Çətinliklə seçilən Baydenə hansı amillər təsir etdi ki, o, belə çıxış etməyə məcbur oldu!? Ya budur, yada ki, təsirsiz-filansız, fitrətində dərin bir erməni sevgisi var!? Sizə də, mənə də gün kimi aydın olan bir həqiqət var. Heç nə özlüyündə yaranmır. Bəlkə Soros? Bilmək olmaz, bəlkə də Kim Kardaşian!? Axı, Ermənistanın heç nəyi yoxdur, bir həftə kənardan ölkəyə yeyəcək gətirilməzsə, millət qırılıb batar. Bu mənada Azərbaycanla heç müqayisə oluna bilməz. Buna baxmayaraq dünyada dəstəkçiləri az deyil. Azərbaycan isə bütün güclü iqtisadi kontraktlarında ABŞ-ın maraqlarını nəzərə alıb və s. və ilaxır. Bununla belə "etibarsız" ABŞ erməni faşizmin təəssübünü çəkməkdən geri durmur. Yuxarıda qeyd etdiyim din faktoru öz rolunu oynayır. Uydurma 1915-in adını çəkirdisə, o zaman prezident Serj Sarkisyanın Xocalı soyqırımının təşkilatçısı olduğunu açıq şəkildə etiraf etməsini nə üçün səsləndirmirdi!? ABŞ-da daxil, qərbin böyük bir hissəsi işğalçı Ermənistanı müdafiə edir. Tarix ikinci belə vandal millət və dövlət yetişdirməyib. Soruşan yoxdur, Ermənistan dediyimiz Qərbi Azərbaycandan bir əsrdə 4 dəfə azərbaycanlıları deportasiya ediblər. Erməni faşistləri 300-dən çox günahsız, silahsız insanı qətlə yetirib. Yoxsa bunların soyqırımla əlaqəsi yoxdur.

ABŞ prezidenti Bayden üçün yeni faktlar. Gələn ilin aprelində istəyərsə bir-kəlmə də bu haqda danışar.Türkiyəni soyqırımda ittiham edən prezident Baydenə gözəl bir xatırlatmam var. Məncə bundan sonra kimin soyqırım cinayətinə yol verdiyi dünya ictimaiyyəti üçün bəlli olar:

1.Vyetnamda 3 milyon
2. Koreyada 3 milyon
3. Kambodja və Laosda 1 milyon
4. Əfqanıstanda 1,5 milyon
5. İraqda 1 milyon.
6. Naqasaki, Xirosimo 350 min

Bu günahsız insanları qıran ABŞ ordusudur. Bu rəqəmlər onun qətlə yetirdiyi milyonların cuzi bir hissədir. Baxın bu rəqəmlərə və bundan sonra hər kəs özü soyqırım cinayətini törədən ölkənin ünvanını müəyyənləşdirməyə çətinlik çəkməz.

Eldar Sabiroğlu
Sabiq millət vəkili və ehtiyatda olan polkovnik

XƏBƏR LENTİ