Qəbələ səhiyyəsi virus yayır! – “Hər həkimin otağının qapısının ağzında 20-30 nəfər toplaşıb”

1 122 30-04-2021, 15:02 bolge / gundem

Qəbələ səhiyyəsi virus yayır! – “Hər həkimin otağının qapısının ağzında 20-30 nəfər toplaşıb”“Qəbələ rayon Müalicə və Diaqnostika Mərkəzində biabırçı vəziyyət hökm sürür. Hər gün yüzlərlə rayon sakininin müraciət etdiyi Mərkəzdə elementar qaydalara riayət edilmir və koronavirus infeksiyasının yayılması üçün münbit şərait hökm sürür".

Bu barədə "AzPolitika.info"-ya yerli sakinlərdən biri məlumat verib. Mənbə bildirib ki, günün əksər saatlarında Mərkəzin binasında yüzlərlə insan olur: "Hər həkimin otağının qapısının ağzında 20-30 nəfər toplaşıb. Nə maska, nə sosial məsafə gözlənilir, dezinfeksiya məhlulları isə yoxdur. Rəhbərlik xəstələrin qəbulunu pandemiya rejiminə uyğunlaşdırmayıb, insanların təhlükəsziliyini isə əsla düşünmürlər. Bu barədə suallar ünvanlayan pasiyentlərə isə "yoxdur", özümüz bilərik" və s. cavablar verilir".
Qəbələ səhiyyəsi virus yayır! – “Hər həkimin otağının qapısının ağzında 20-30 nəfər toplaşıb”
Qəbələ sakinin sözlərinə görə, Müalicə və Diaqnostika Mərkəzi yeni tikilsə də, tibbi xidmətlərin bəziləri göstərilmir: "Məsələn, kompüter tomoqrafiyası aparatı 7 aydır işləmir, müraciət edəni geri qaytarırlar". Rayon sakini virus mənbəyinə çevrilən Mərkəzin fəaliyyətində dönüş yaradılması üçün aidiyyatı qurumları yoxlama aparmağa dəvət edir.

Qeyd edək ki, bu, Qəbələ rayonunda bərbad səhiyyə xidməti ilə ilə bağlı ilk şikayət deyil. Ötən ay "AzPolitika.info"-ya müraciət edən sakinlər ötən ilin iyul ayında istifadəyə verilən koronavirusa qarşı ixitsaslaşmış modul xəstəxananın bərbad fəaliyyətindən söz açmışdılar. Qeyd olunurdu ki, rayonda virusa yoluxan sakinlərə bu mərkəzdə xidmət göstərilmir, onlar Qəbələ Mərkəzi Rayon Xəstəxanasına yönləndirilir. Səhhəti ağırlaşan xəstlər isə təcili yardıma külli miqdarda pul ödədikdən sonra Bakıdakı xəstəxanalara göndərilir. TƏBİB isə bu barədə şikayətlərin əsassız olduğunu bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ