Fransa Əlcəzairdə keçirdiyi dəhşətli nüvə sınaqlarının cəzasını çəkməyə başladı...

942 6-05-2021, 10:48 dunya

Fransa Əlcəzairdə keçirdiyi dəhşətli nüvə sınaqlarının cəzasını çəkməyə başladı... Əlcəzairdə müstəmləkə hakimiyyəti dövründə Paris tərəfindən Saxara səhrasında həyata keçirilmiş bir nüvə sınağının çöküntü məhsulları son günlərin qum fırtınaları zamanı Fransa səmalarına çatıb. Əlcəzairli tədqiqatçılar bu hadisəni "ilanın dişlədiyi ilan ovçusu" ilə müqayisə edirlər.

Fransa Əlcəzairdə keçirdiyi dəhşətli nüvə sınaqlarının cəzasını çəkməyə başladı...
Moderator.az xəbər verir ki, bu haqda “France Plus” kanalı məlumat yayıb.

Bir neçə gün əvvəl Fransa Meteoroloji Xidməti "Pireney yarımadasında aşağı təzyiq səbəbindən güclü hava dalğaları meydana gəlib və bu da Saxara çölünün qumlarını ölkəyə gətirib"- deyə məlumat verib. Havadakı qum dənələrinin ölkənin cənubunda, şərqində və mərkəzində Fransa səmasını sarı və narıncı rənglərə boyadığı məlum olub.

Kann Universitetinin tədqiqatçısı Pyer Barbi “France Plus”a müsahibəsində Fransada son zamanlarda baş verən küləklərin qumla birlikdə radioaktiv tullantılar da gətirdiyini söyləyib.

“Fransa səması səhradan gətirilən qum səbəbindən narıncı rəngə boyanıb. Tədqiqatlar göstərir ki, qum dənəciklərinin tərkibində Fransa tərəfindən Saxara səhrasında aparılmış nüvə sınaqları nəticəsində əmələ gələ bilən "sezium-137" radioaktiv maddəsi var" –fransız alim belə deyib.

Tədqiqatçının sözlərinə görə, araşdırma Şapel-Dyubya ərazisindən götürülmüş nümunələr üzərində aparılıb. P.Barbi “sezyum-137'-nin radioaktiv parçalanma dövrünün 30 il olduğunu bildirib.

Daha əvvəl Əlcəzair Xarici İşlər naziri Sabri Bukadum sosial şəbəkələrdə ölkəsində Fransa tərəfindən bir sınaq meydançasında sınaqdan keçirilmiş nüvə bombasının gücünün 70 kiloton olduğunu və bunun Xirosimaya atılmış atom bombasının gücündən 3-4 dəfə çox olduğunu söyləyib.
“Partlayışın dəhşətli nəticələri hələ də özünü hiss etdirməkdədir”-deyə S.Bukadum vurğulayıb.

Xatırladaq ki, 2014-cü ildə Frnasanın özünün açdığı arxivlərdən əldə edilən məlumatlara görə, 1966-1996-cı illrədə Fransa Əlcəzairdə 210 dəfə nüvə sınağı həyata keçirib.

İnformasiyaya əsasən, Fransa tarixində “qara ləkə” olaraq xatırlanan bu sınaqlar yüz mindən çox insanın səhhətinə mənfi təsir göstərib.

Rəsmi olmayan rəqəmlərə görə, hazırda yaşayan 3 min nüvə sınağı qurbanından 35-i xərçəng xəstəsidir.

Fransa bu sınaqlar nəticəsində təqribən 500 hərbçiyə zərər dəydiyini iddia edir. Əlcəzair hökuməti isə həmin hadisələrdə 18 min hərbçi və mülki şəxsə ziyan vurulduğunu, onların çoxunun isə bir neçə il ərzində öldüyünü bildirib. 2010-cu ildə Fransada nüvə sınaqları qurbanlarına təzminatın ödənilməsi barədə qanun qəbul edilsə də, rəsmi Paris yalnız 20 nəfərə kompensasiya verib.

Əlcəzair dövləti nüvə sınaqlarının vurduğu zərərlərə görə Fransadan təzminat tələb etsə də, qarşı tərəf bu tələbləri hələ də qəbul etməyib.

Sultan Laçın

XƏBƏR LENTİ