Suruc qətliamını kim törədib, İŞİD yoxsa PKK? - Baş vermiş olayın pərdəarxası, sensasion faktlar

Suruc qətliamını kim törədib, İŞİD yoxsa PKK? - Baş vermiş olayın pərdəarxası, sensasion faktlar


Türkiyənin kritik bir dövr keçdiyi bu günlərdə şər mərkəzləri boş dayanmır.
Suruçda meydana gələn provokatif hadisə Türkiyəni böyük bir təxribatla üz-üzə qoyub. Hadisə baş verər-verməz, istintaq başlamamış, PKK-nın siyasi qolu HDP, Fətullah Gülənə məxsus media, Doğan mətbuatı olayın İŞİD tərəfindən törədildiyini bildirərək, bunun üzərindən AKP hökumətinə hücuma keçiblər. Lakin , ortaya çıxan bəzi məsələlər Suruc qətliamının pərdəarxasında qaranlıq güclərin yatdığına işarət edir.


Avropa.info xəbər verir ki, Türkiyə mediası hər gün Kobani ilə yatıb duran, hər addımda Kobani qışqıran HDP-nin nümayəndələrindən bir nəfərin də Surucda "Kobani üçün mətbuat konfransı" tədbirində iştirak etməməsinə diqqət çəkib. Necə ola bilər ki, Kobaniyə görə, Türkiyəni ittiham edən PKK-nın siyasi qolunun bir nəfər də olsun millət vəkili, üzvü belə önəmli tədbirdə iştirak etməsin? Baş vermiş olaylardan sonra məlum olub ki, Sosialist Gənclik Dərnəkləri Federasiyası adlanan və PKK-ya yaxınlığı ilə bilinən təşkilatın üzvləri Suruca getməzdən öncə HDP-li deputatlarla görüşüb və hətta fotolar belə çəkdiriblər. İndi Türkiyə ictimaiətini düşündürən sual budur ki, mavilərin aksiyalarına qatılmaqdan belə çəkinməyən HDP-lilər nədən Kobani toplantısına qatılmayıblar?.

Partlayışdan sonra, istintaq başlanmamış HDP sədri Səlahəddin Demirtaşın açıqlama verərək, qətliamın İŞİD tərəfindən törədilməsini və tərəfdarlarını silahlanmaya çağırması da suallar doğurub.

Çox maraqlı nüanslardan biri isə İstanbul Orta Şərq Texniki Universitetinin HDP-ni dəstəkləyən tələbələrinin aksiya keçirməsi olub. Universitet yay tətilində olmasına baxmayaraq, nə hikmətdirsə, olay baş verəndən cəmi 3-4 dəqiqə sonra, HDP-li tələbələr plakatlarla aksiya keçiriblər. Baş vermiş olaydan dərhal sonra plakatların hazırlanması və tələbələrin oraya gəlməsi suallara səbəb olub. Türkiyə mətbuatı "aksiya öncədənmi hazırlanmışdı" sualına cavab axtarır.

Bu arada HDP-li millət vəkilləri baş vermiş olaydan sonra, Türkiyə hökuməti üzərinə hücuma keçiblər.

Açıqlamaların ardınca isə PKK tərəfdarları İstanbulda polis şöbələrinə, Hollandiyadakı Türkiyə səfirliyinə hücumlar edib, bir avtobus sürücüsünü əsir götürüblər.

Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçəli isə baş vermiş olayda dolayısı ilə HDP-nin özünü suçlayıb.

Baş nazir Əhməd Davudoğlu "Baş vermiş olayda İŞİD özi görünür, lakin istintaq bitməmiş bir fikir bildirmək olmaz" deyib.

Türkiyədə bir çox fikir adamları isə hesab edir ki, baş vermiş qətliam AKP-nin deyil, məhz HDP-nin işinə yarayır. Siyasi şərhçilərin fikirincə, Türkiyədə təkrar seçiklərin keçirilməsi gündəmə gəldiyindən bu olay PKK-nın siyasi qoluna təkrar barajı keçmək üçün çox vacibdir. Eyni zamanda bu AKP-nin yenidən səs itkisi ilə üzləşməsinə hesablana bilər.O ki qaldı hadisənin İŞİD. yoxsa PKK tərəfindən törədilməyinə, şərhçilərin fikirincə, bunun bir o qədər də önəmi yoxdur. Çünki, artıq uzun müddətdir ki, İŞİD Suriyada PKK-nın möhkəmlənməsinə öz töhvələrini verir. Belə ki, Türkiyənin sərhəd ərazilərini Suriyalı müxaliflərdən alan İŞİD, PKK gəlincə bu ərazilərdən çəkilir. Məhz adı keçən Kobani şəhərinə də bütün dünyada "təcavüzə məruz qalmış şəhər", PKK-çılara isə "zülmə uğramış təşkilat" adının verilməsinə məhz İŞİD səbəb olub.

Türkiyəni isə məhz müstəqil siyasətinə görə, qaranlığın içinə soxmaq istəyirlər. AKP iqtidarı bu dəfə də üzüağ çıxa biləcəkmi?

Suruc qətliamını kim törədib, İŞİD yoxsa PKK? - Baş vermiş olayın pərdəarxası, sensasion faktlar

  • 21-07-2015, 13:56
  • 644


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI