Bayden NATO zirvəsində Ərdoğanla S-400 sistemlərini müzakirə edəcək

631 14-06-2021, 08:39 dunya

Bayden NATO zirvəsində Ərdoğanla S-400 sistemlərini müzakirə edəcək“ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Türkiyədə yerləşdirilən Rusiyanın S-400 zenit-raket kompleksləri mövzusunu müzakirə etmək niyyətindədir”.

TASS-a məlumat verir ki, bunu ABŞ liderinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqində bildirib.

O, Baydenin mövzu ilə bağlı Ərdoğana tam olaraq nə deyəcəyini açıqlamayıb.

Eyni zamanda, Sallivan əlavə edib ki, Bayden Ərdoğanla söhbətində Ankaranın Moskva və Pekinlə münasibətləri mövzusuna da toxunmaq niyyətindədir.

Xatırladaq ki, Rusiya və Türkiyə arasında 2017-ci ildə S-400 komplekslərinin Ankaraya tədarükü ilə bağlı müqavilə imzalanıb. Türkiyə Rusiyadan sözügedən sistemləri alan ilk NATO ölkəsidir./APA

XƏBƏR LENTİ