AZƏRBAYCANDA TÜRKİYƏNİN HƏRBİ BAZASI YARADILA BİLƏR - Ərdoğan bunu istisna etməyib

756 18-06-2021, 08:00 cemiyyet

AZƏRBAYCANDA TÜRKİYƏNİN HƏRBİ BAZASI YARADILA BİLƏR - Ərdoğan bunu istisna etməyibTürkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyənin hərbi bazasının yaradılması istisna deyil.

Bu barədə Türkiyə lideri jurnalistlərlə söhbətində bildirib. Xəbəri «Anadolu» dövlət informasiya agentliyi yayıb.

Jurnalistin “Şuşa Bəyannaməsindən danışarkən cənab İlham Əliyev bunu Qars müqaviləsi ilə müqayisə etdi. Azərbaycan cəmiyyətində Türkiyənin hərbi baza yaratmasına ciddi tələb var. Bu yeni saziş çərçivəsində Azərbaycanda bir hərbi baza yaradıla bilərmi? Şuşa Bəyannaməsi hərbi bazanın yaradılmasına imkan tanıyırmı?” sualına Ərdoğanın cavabı müsbət olub.

“Dediyiniz bu məsələ (Türkiyənin hərbi bazasının yaradılması - Red.) Bəyannamənin izah etdiyimiz maddələrinin xaricində deyil. Bu məsələ daha sonra sonra inkişaf etdirilə, genişləndirilə bilər.

İndi burada əsas məsələ sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, buna zəmanət verilməsidir. Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə məsləhətləşmələrinin gedişində öz həllini tapa bilər. Eyni zamanda bizim danışıqlarımızın gedişində də bu məsələnin həlli başqa bir formada reallaşdırıla bilər,” - deyə, qardaş ölkənin Prezidenti bildirib./"AzPolitika.info"

XƏBƏR LENTİ