Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub

809 18-06-2021, 12:58 cemiyyet

Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub

Şair Faiq Hüseynbəylinin yeni nəşr olunmuş "Arzuların şəhidi" adlı kitabı Cəlilabad rayonunun Alar kəndində anadan olmuş Vətən Müharibəsi şəhidi Əkbər Azər oğlu Hüseynli haqqındadır. Ailənin yeganə oğul övladı olan Əkbər Hüseynli təhsilini yarımçıq qoyaraq hərbi xidmətə getmiş, Murov ətrafındakı döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur. Oxuculara Faiq Hüseynbəylinin poeması ilə birlikdə şəhid Əkbər haqqında Vəfa Mürsəlqızı, Arzu Göytürk, Gülnarə İsrafil, Şakir Xanhüseynli, Əlirza Həsrət, İltimas Səmimi, Elşad Barat, Tamara Nadirova, İlham Cəsur, İqbal Nəhmət, Xalid Mahmud, Bilal Alarlı, Ənvər Məsud, Allahşükür Ağa, Bəhruz Xəlil və digər şairlərin yazdığı şeirlər, həmçinin müxtəlif müəlliflərin kimlik yazıları təqdim olunur. Kitabın ön sözünün müəllifi və redaktoru filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlıdır.

Xeberdar.net

XƏBƏR LENTİ