BMT İran hökumətini razı sala bilməyib

BMT İran hökumətini razı sala bilməyib


BMT-nin İranın nüvə proqramına dair qəbul etdiyi qətnaməsi İran hökumətini razı salmayıb. Qətnamədə İran ordusunun təkcə Təhlükəsizlik Şurasının qərarı ilə ballistik raket texnologiyası və ağır hərbi texnika ilə təchiz oluna biləcəyi göstərilir. İran hökuməti bu cür silahların nüvə başlığı daşımaq üçün layihələşdirilmədiyini bildirib və qadağaların da əsassız olduğunu qeyd edib. İranın xarici işlər naziri müavini Abbas Araqçı bildirib ki, İran qətnaməni icra etməyə bilər.

“Vyana razılaşması və qətnamə fərqlidir. Əgər biz razılaşmanı pozsaq, qətnaməni də pozmuş olacağıq. Qətnaməni tələblərini yerinə yetirməsək, razılaşma pozulmuş olmur. Biz milli təhlükəsizliyimiz risk qarşısında olduqda, əgər lazım gələrsə, istənilən ölkəyə silah verəcək, regiondakı tərəfdaşlarımıza kömək edəcəyik. Bunu gizlətməyə heç bir səbəb yoxdur və bunu ayıb bilmirik. Həmçinin, lazım gəldikdə, kimdən istəsək silah alacağıq”.

Vyanada əldə olunan razılaşmaya əsasən, İran nüvə proqramının həcmini məhdudlaşdıracağı təqdirdə, ona qarşı tədbiq olunan iqtisadi sanksiyalar ləğv olunacaq.

Bir qədər əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei də, həmçinin, razılaşmanın İranın öz tərəfdaşlarına dəstək olmasında mane olmayacağını demişdi.

Xatırladaq ki, Vyanada İran ilə altılıq ölkələri arasında aparılan danışıqlarda tərəflər arasında razılaşma əldə olunub. Bu razılaşmaya görə, İran daxilində nüvə obyektlərinin təftişi - BMT inspektorlarına hərbi obyektləri təftiş etməyə icazə verilə bilər, amma bu avtomatik olmaya bilər. Həmçinin, İran razılaşır ki, əgər razılaşmanı pozarsa, sanksiyalar 65 gün ərzində bərpa oluna bilər. bundan başqa, BMT-nin silah embarqosu və raket sanksiyaları 5-8 il ərzində qüvvəsində qalacaq. / Conflict.az /

BMT İran hökumətini razı sala bilməyib

  • 21-07-2015, 15:04
  • 913


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “O YA AĞLINI İTİRİB, YA DA ÖLKƏNİ QARIŞDIRMAQ İSTƏYİR...” - Mehdiyevin təhdidinə reaksiyalar
  2. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  3. RAMİZ MEHDİYEVİN SİFARIŞ VERDİYİ ŞİRKƏTLƏR - AMEA dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıb
  4. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  5. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  6. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda onlayn təlim keçrildi
  7. Bərdədə körpə doğuşdan sonra ölüb- Cinayət işi başlanıb
  8. Hikmət Hacıyev:“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur”
  9. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  10. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI