Polis əməliyyat keçirib - 40 yaşlı qadın narkotiklə tutulub

Polis əməliyyat keçirib - 40 yaşlı qadın narkotiklə tutulubHacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 40 yaşlı Süsən Əsədli saxlanılaraq polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı S.Əsədli narkotik maddəni Ceyhun adlı şəxsdən aldığını bildirib.

Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 29 yaşlı Ceyhun Bağırov idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb.

Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri ilə əvvəllər dəfələrlə məhkum olunmuş, 54 yaşlı Mübariz Aslanov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə "patı" adlanan narkotik maddə - metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Polis əməliyyat keçirib - 40 yaşlı qadın narkotiklə tutulub

  • 31-07-2021, 09:54
  • 276


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi
  2. Həbsdəki icra başçısı namaza başladı – FOTO
  3. “Atəşgah Sığorta”-nın “atəşli” səyahət sığortası - Xaricdə “Covid"ə yoluxmuş xəstəyə sığorta haqqı niyə ödənilmir?
  4. Bazar gününə olan hava proqnozu açıqlanıb
  5. Prokurorluq Tofiq Yaqublu ilə bağlı məlumat yaydı:”özünü yumruqlayaraq…” – FOTO
  6. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  7. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  8. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  9. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  10. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI