Çovdarovla kirvə olan Suvarma İdarəsinin rəisi köhnə artezian borularını satdırarkən minaya düşdü? – DETALLAR

Çovdarovla kirvə olan Suvarma İdarəsinin rəisi köhnə artezian borularını satdırarkən minaya düşdü? – DETALLARAğdamlı məmur işğaldan azad olunmuş kəndlərdən köhnə artezian quyularının borularını çıxararaq naməlum istiqamətə daşıyır…

Xatıqlayırsınızsa bu ilin mart ayının 3-də Ağdamın işğaldan azad olunmuş Novruzlu kəndində Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafis Əzimzadə piyada əleyhinə minaya düşmüşdü. Həmin hadisədən sonra isə hadisənin araşdırılması ilə bağlı Ağdam rayon prokurorluğu tədqiqqata başlaması ilə bağlı açıqlama yaymışdı. Bəs Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafis Əzimzadə bilərəkdən həyatını təhlükəyə ataraq mibalanmış ərazilərə niyə getmişdi.

Əvvala qeyd edək ki, hadisənin baş verdiyi Novruzlu kəndi Hafis Əzimzadənin ata-baba yurdu olub. Lakin bu kənd Hafis Əzimzadənin getdiyi yeganə kənd olmayıb. AzMediainfo.az saytına bu barədə daxil olan məlumatda bildirilir ki, Hafis Əzimzadə hadisədən əvvəl bir çox kəndlərdə olub. Özü də tək deyil, rəhbərlik etdiyi idarənin işçiləri də onunla olublar. Onların məqsədi isə sovet dönəmində Ağdam kəndlərinin su təchizatını həyata keçirən artezian quyuların borularını çıxarmaq və ərazidən daşımaq olub.

Mənbə qeyd edib ki, həmin boruların bir qismini ermənilər tapıb çıxarsalar da, artezian quyularından gedən kəmərlərin yerlərini bilmədikləri üçün boruların böyük qismi hələ də torpağın altındadır. Bu boruların qiymətli metaldan olduğuna (su borularının çürüməməsi üçün kəmərlərin çəkilişində əsasən “nerjavik və qismən aliminium borulardan istifadə olunub) diqqət çəkən mənbə qeyd edib ki, Ağdam rayon Mexaniki Suvarma İdarəsində kəmərlərin xəritəsi olduğu üçün Hafiz Əzimzadə tez bir zamanda həmin boruları çıxarıb satmağa qərar verib və belə “əməliyatlardan” birində bədbəxt hadisə baş verib. Xoşbəxtlikdən Hafiz Əzimzadə sağ ayağından yaralanmaqla minadan sağ-salamat qurtula bilib. Lakin rəsmi məlumatda iddia olunduğu kimi, Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olarkan deyil, həmin quyuların borularını oğurlayarkən minaya düşüb. Hər halda həmin kəndlər hələ də minadan təmizlənmədiyinə və sakinlərin geri dönüşü üçün bərpa işlərinə başlanmadığına görə Hafiz Əzimzadənin ordakı quyuları bərpa etməyə çalışması iddiası da absurd görünür.
[img=left]https://i1.wp.com/cdn.axar.az/2021/03/17/demir-boru.jpg?w=1400&ssl=1[/img]
Bizim bu mövzuya toxunmağımızın səbəbi isə odur ki, hazırda Ağdamın kəndlərini su ilə təmin edən köhnə kəmərlər sökülərək daşınır. Hansı istiqamətə və haraya daşındığını isə bir neçə adam, o cümlədən Hafiz Əzimzadə bilir. Mənbə bildirib ki, Hafiz Əzimzadə xəstəxanada yatdığı dövrdə belə onun adamları həyatlarını təhlükəyə ataraq boruları çıxarmaqda davam ediblər. İndi isə xəstəxanadan çıxan Hafiz Əzimzadə bu işlərə birbaşa rəhbərlik edir.

Qeyd edək ki, Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin adı “MTN” işində də hallanıb. Yerli mətbuatın yazdığına görə Hafiz Əzimzadə bir müddət əvvəl həbsxanadan çıxan general Akif Çovdarovun kirvəsidir və onunla əlbir bir çox “qara işləri” həyata keçirən şəxsdir. İnternet resurslardakı məlumatlarda bildirilir ki, Akif Çovdarova arxayın olan Hafiz Əzimzadənin Ağdamda əsas gəlirli sahələri ələ keçirdib. Rayonda heç kimin, hətta icra başçısının belə, onun bir sözünü iki edə bilmədiyi qeyd olunur. Məhz Akif Çovdarovun köməkliyi ilə 2015-ci il fevral ayından rayondakı Suvarma Sistemləri İdarəsi ilə Subartezan Quyularının İstismar İdarəsinin birləşməsindən yaranan Mexaniki Suvarma İdarəsinə rəis gətirilən Hafiz Əzimzadə eyni zamanda Ağdamın əsas iş adamı olaraq bilinir. Rayonda aparılan abadlıq işlərini n böyük hissi də idarə rəisinə aid olan şirkətlərə verilir.
[img=left]https://i0.wp.com/ichef.bbci.co.uk/news/640/cpsprodpb/22B3/production/_98538880_edd1ef97-ced3-44d5-90ff-a804c082dd74.jpg?w=1400&ssl=1[/img]
Uzun illər Ağdam Su İdarəsinə rəhbərlik edən Hafiz Əzimzadə dövlətdən mənimsədiyi böyük pullar hesabına Bərdədə iki villaya, böyük heyvandarlıq kompleksinə, Ağdamda böyük tikinti materialları dükanına, Ağdam avtovağzalına sahibDİR. Lakin idarə müdirinin mal varlığının böyük bir hissəsinin də Bakıda olduğu bildirilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzMediainfo.org

Çovdarovla kirvə olan Suvarma İdarəsinin rəisi köhnə artezian borularını satdırarkən minaya düşdü? – DETALLAR

  • 5-08-2021, 12:58
  • 220


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI