"TALİBAN" ƏFQANISTANDA HAKİMİYYƏTİ ƏLƏ KEÇİRDİ - Keçid hökuməti yaradılır (Yeniləndi)

516 15-08-2021, 15:10 cemiyyet

"TALİBAN" ƏFQANISTANDA HAKİMİYYƏTİ ƏLƏ KEÇİRDİ - Keçid hökuməti yaradılır (Yeniləndi)Əfqanıstanda keçid hökuməti yaradılıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Keçid hökumətinə ölkənin sabiq daxili işlər naziri Əli Əhməd Cəlali rəhbərlik edəcək. Prezident Əşrəf Qaninin istefa verdiyi bildirilir.

Qeyd edək ki, Kabildə prezident sarayında Əfqanıstan hakimiyyət nümayəndələri ilə "Taliban" arasında danışıqlar gedir. Əfqanıstanda Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdullah Abdullah vasitəçi rolunda çıxış edir.

***

Radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

"Taliblər"in bəyanatında qeyd edilir ki, artıq ölkənin heç bir yerində hərbi əməliyyat aparılmır. Hərəkat Əfqanıstanın bütün ərazisində nəzarəti əlinə alıb.

Daha əvvəl yayılan məlumata görə. Əfqanıstan prezidenti Əşrəf Qani yaxın saatlarda vəzifəsindən istefa verəcək. Hakimiyyətin ötürülməsi bu gün paytaxt Kabildəki prezident sarayında baş tutacaq.

"TALİBAN" ƏFQANISTANDA HAKİMİYYƏTİ ƏLƏ KEÇİRDİ - Keçid hökuməti yaradılır (Yeniləndi)
"Taliban" liderləri Kabildə Prezident sarayında

XƏBƏR LENTİ