“Delta” ştammının yaşa görə əlamətləri

574 23-08-2021, 08:50 cemiyyet

“Delta” ştammının yaşa görə əlamətləriBritaniyanın Oksford Universitetinin alimləri fərqli yaş qruplarından olan insanlarda koronavirusun “Delta” ştammının hansı əlamətlərlə müşahidə olunduğunu araşdırıblar.

“The Sun” nəşrinin yaydığı məlumata görə, virusun müxtəlif yaşda insanlarda fərqli əlamətlərlə özünü büruzə verdiyi təsdiqlənib.
Belə ki, uşaq və yeniyetmələrdə “Delta” daha çox yüksək temperatura səbəb olur. Yaşlılarda isə əsasən nəfəs darlığı ilə özünü göstərir.

Gənclərdə “Hindistan ştammı” boğaz ağrısı ilə müşayiət olunur və dad, qoxu hissinin itirilməsi ilə nəticələnir/Modern.az

XƏBƏR LENTİ