Hansı vaksin daha yaxşıdır? - Peyvəndlərin yaxşı və pis tərəfləri...

5 607 30-08-2021, 20:25 cemiyyet / maraqli

Hansı vaksin daha yaxşıdır? - Peyvəndlərin yaxşı və pis tərəfləri...Dünyada vaksinasiya proqramının məqsədi COVİD-19 əleyhinə kütləvi immuniteti inkişaf etdirərək, mümkün qədər çox insanı xəstəlikdən qorumaqdır. Bu baxımdan təsdiq olunan bütün vaksinlərin yeni koronavirusa qarşı kifayət qədər səmərəli vasitə olduğu hesab edilir, hərçənd ki, onların arasında fərqlər də var.

Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təcili istifadə üçün yeddi vaksin təsdiq edilib. Onların arasında Azərbaycanda istifadə olunan "CoronaVac", "Pfizer" və "AstraZeneca" da var. Lakin ÜST siyahısında hələ ki, Rusiyanın "Sputnik V" vaksinin adı əks olunmayıb.

Onun təsdiqlənməsi ilə bağlı prosedurlar davam edir. ÜST Qamaleya Mərkəzindən əlavə məlumat istəyib və Rusiyanın peyvənd istehsalı və klinik sınaq müəssisələri ilə bağlı yoxlamalar davam edir. Avropa İttifaqının dərmanlara nəzarət qurumu olan Avropa Dərman Agentliyi (EMA) ÜST-dən fərqli olaraq, cəmi dörd vaksini tanıyır.

Bunlar "Comirnaty" ("BioNTech/Pfizer"), "Vaxzevria" ("AstraZeneca"), "Spikevax" ("Moderna") və "Janssen" ("Johnson & Johnson") vaksinləridir. "Sputnik V" də daxil olmaqla, daha beş vaksin istifadə üçün nəzərdən keçirilir.

Delta ştammına qarşı effektivlik

İngiltərə İctimai Səhiyyə İdarəsinin ən son araşdırmasına görə, "Pfizer" peyvəndinin iki dozası ağır hallarla xəstəxanaya yerləşdirilmə ehtimalını 96 faiz azaldır, "AstraZeneca"-da bu rəqəm 92 faizdir.

"Sputnik V"-ni hazırlayan Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinəəsasən, delta virusuna qarşı vaksinin iki dozasının tətbiqindən sonra bu peyvəndin effektivliyi 90 faiz təşkil edir.

Çinin Quançao şəhərindəki Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları "CoronaVac" ("Sinovac") peyvəndinin iki dozasının xəstəliyin orta formasına qarşı 70,2, ağır hallara qarşı isə 100 faiz effektiv olduğunu göstərir.

ÜST bildirir ki, müvafiq tədqiqatların təşkilinə yanaşmalardakı fərqlərə görə, peyvəndlər bir-biri ilə birbaşa müqayisə oluna bilməz, lakin fövqəladə vəziyyətdə istifadə üçün təsdiq edilmiş bütün peyvəndlər xəstəliyin ağır formalarına qarşı olduqca təsirlidir.

Vaksinlərin hazırlanma üsullarında fərq

Azərbaycanda istifadə olunan vaksinlərdən ikisi - "AstraZeneca" və"Sputnik V" vektor və ya adenovirus texnologiyasına əsaslanır. Adenovirus normal vəziyyətdə tənəffüs xəstəliklərinə səbəb olan virusdur. Çoxalma xüsusiyyətindən məhrum edilən adenovirusa koronavirus zülalını kodlayan gen daxil edilir. Onun sayəsində immunitet sistemi təhlükəli infeksiyanı tanımağı və ona qarşı müdafiə üçün anticismləri istehsal etməyi öyrənir.

"CoronaVac" ("Sinovac") vaksini inaktiv bütöv viruslu peyvəndlərə aid edilir. O, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immun reaksiyasını doğuran viruslardan istifadə edir. Bu, ənənəvi və uzun müddət ərzində istifadə edilən texnologiyadır. Hesab olunur ki, bütöv virusdan (virion) istifadə olunduğu üçün belə peyvəndlər koronavirusun bütün növlərinə qarşı daha təsirli ola bilər, ancaq bunu təsdiqləyən araşdırmalara ehtiyac var.

"Pfizer" vaksini RNT (Ribonuklein Turşusu) üsulu ilə hazırlanır. Burada virus və ya onun hissəsi əvəzinə xüsusi zülalların əmələ gəlməsi üçün proqramı ehtiva edən genetik strukturun bir hissəsindən istifadə olunur. Yəni belə peyvəndlər hüceyrələrə DNT və ya RNA şəklində "təlimatlar" verir ki, immun sistemini işləməyə təhrik etsin. Bu, ən müasir texnologiyadır və mutasiya edən viruslara qarşı yeni vaksinin daha qısa müddətdə hazırlanmasına imkan verir.

Vaksinlər hazırlanma üsuluna görə fərqlənsə də, rəsmi təsdiqlənmə prosesi onların hamısının effektiv və təhlükəsiz olduğunu təsbit edir, mütəxəssislər deyirlər.

Vaksinlərin yan fəsadları

Peyvənddən sonrakı yan fəsadlar immunitet tərəfindən zəruri reaksiyanın təsdiqidir. Koronavirusa qarşı vaksinə reaksiyalar arasında inyeksiya yerindəki ağrı, qızdırma, üşütmə, halsızlıq, ishal, habelə baş vəəzələ ağrısı kimi yan fəsadlar müşahidə olunur.

Beləəlamətlər istifadə olunan bütün vaksinlərlə bağlı qeyd oluna bilər və adətən, qısa müddətdən sonra azalıb yoxa çıxır.

Vaksindən sonra ağır fəsadlar və bəzi son dərəcə nadir hallarda ölümə səbəb olan hadisələr da qeydə alınıb.

Belə hallardan biri aprel ayında Britaniyada baş verib. "AstraZeneca" peyvəndinin ilk dozasından sonra vəfat edən 44 yaşlı radio jurnalistin ölümünü araşdıran məhkəmə-tibb eksperti ölümün beyindəəmələ gələn qan laxtalanması (tromboz) iləəlaqədar olduğunu bildirib.

İngiltərə İctimai Səhiyyə İdarəsinəəsasən, COVID-19 xəstələrinin beşdə birindən çoxunda qan laxtalanması əlamətləri müşahidə olunur.

İyun ayının əvvəlində vaksin və tromboz arasında məlumatları araşdıran Avropanın dərmanlara nəzarət qurumu vaksindən sonra yaranan belə halların son dərəcə nadir olduğunu və peyvəndin faydalarının riskləri xeyli üstələdiyini təsdiqləyib.

40 yaşdan yuxarı və ya tibbi problemləri olan insanlar üçün ilk dozadan sonra çox nadir yan fəsadlarının riski 100 000-də 1-ə bərabərdir. Eyni vaksinin 1 dozası isə ölüm, xəstəxana və ya reanimasiyaya yerləşdirilmə riskini 80 faiz azaltmış olur, İngiltərə İctimai Səhiyyə İdarəsi bildirir. (BBC)

XƏBƏR LENTİ