“Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər

“Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər“Həssas dönəmdə yaşayırıq. İstəyimizdən asılı olmayaraq, həyat tərzimiz də dəyişir. Gündəlik işimizi də, sosial qayğılarımızı da bu ümumbəşəri bəlanın diktəsinə uyğun tənzimləyirik”,



Modern.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov deyib.



O koronavirusun yeni ştammının kliniki əlamətlərini dəyişdiyini bildirib:



“Əvvəllər “alfa”, “beta” ştammlarına yoluxan xəstələr daha çox iybilmə, dadbilmə hissinin itməsindən, kürəkdə ağrıların olmasından şikayətlənirdilər. Hazırda “delta” ştammı ilə xəstələnənlərin ən çox şikayət etdikləri əlamətlər boğazda ağrının, qıcıqlanmanın olması, udqunma zamanı diskomfortun yaranması, baş ağrılarıdır. Hərarətin yüksəlməsi isə virusun bütün ştamları üçün xarakterikdir”.



Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev isə hazırkı durumun epidemioloji cəhətdən gərgin olduğunu, buna baxmayaraq, böyük təhlükə gözləmədiyini vurğulayıb.



O bildirib ki, ölkə səhiyyəsi koronavirusla bağlı tədbirlər sistemi hazırlayıb həyata keçirir və yaxın gələcəkdə aparılan işlərin nəticəsini görmək mümkün olacaq:



“Əhalinin bütövlükdə peyvəndlənməsində əsas məqsəd kütləvi immunitetin yaranmasına nail olmaqdır. Vaksinasiya həm yoluxmanın qarşısını alır, həm də yoluxanlarda xəstəliyin yüngül keçməsinə kömək edir. Müşahidələr göstərir ki, reanimasiyaya düşənlərin böyük əksəriyyəti vaksin olunmayanlardır. Əhalinin ən azı 70 faizi vaksinasiyadan keçməlidir ki, kütləvi immunitet yaransın”.

Xeberdar.net

“Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər

  • 9-09-2021, 15:59
  • 218


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  2. Xəstəxana direktoru rüşvət alarkən saxlanılıb
  3. "Veysəloğlu" şefinə AĞIR İFADƏLƏR... - "Sənin kimilərdən Hacı Zeynalabdin olmadı..."
  4. İki uşaq anası özünü binadan atdı
  5. İki azərbaycanlıya 32 il HƏBS CƏZASI: Basqın, qarət və ...
  6. Bakıda avtomobil piyadaları vurdu - ANBAAN VİDEO
  7. Ərdoğandan Zəngəzur dəhlizi AÇIQLAMASI
  8. Bərdədə hamilə qadın doğuşda ÖLDÜ
  9. Sahibə Qafarova beynəlxalq təşkilatların “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməsinə etiraz edib
  10. Hollivud ulduzu operatoru öldürdü, rejissoru yaraladı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI