RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb

RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıbAzərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında qanlı insident baş verib. Nəticədə iki sülhməramlı yaralanıb. Bu barədə məlumat erməni sosial şəbəkə seqmentində yayılıb.

Sosial şəbəkədə yayılan xəbərdən məlum olub ki, sentyabrın 8-də sülhməramlılar Ağdərə istiqamətindəki erməni silahlı dəstələrinə məxsus mövqelərdən birini yığışdırmağı tələb ediblər.

Bu mövqedə dayanan 7-ci dağatıcı alayın keçmiş komandiri polkovnik Karen Calavyana tabe olan erməni silahlıları sülhməramlıların bu hərəkətinə etiraz edib və nəticədə qarşıdurma yaranıb. Buna baxmayaraq sülhməramlıların israrlı tələbi və onların sayca daha çox olmaları sayəsində postun ləğv olunmasına nail olunub.

Qarşıdurmadan sonra sülhməramlılar ərazini nəzarətə götürməyə cəhd ediblər. Lakin əraziyə nabələd olan sülhməramlılar ermənilər tərəfindən qəsdən xəbərdar edilməyib və onların əvvəlcədən basdırdıqları piyada əleyhinə minaya düşüblər. Nəticədə iki sülhməramlı ağır yaralanıb.

RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb

  • 9-09-2021, 23:02
  • 213


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  2. Xəstəxana direktoru rüşvət alarkən saxlanılıb
  3. "Veysəloğlu" şefinə AĞIR İFADƏLƏR... - "Sənin kimilərdən Hacı Zeynalabdin olmadı..."
  4. İki uşaq anası özünü binadan atdı
  5. İki azərbaycanlıya 32 il HƏBS CƏZASI: Basqın, qarət və ...
  6. Bakıda avtomobil piyadaları vurdu - ANBAAN VİDEO
  7. Ərdoğandan Zəngəzur dəhlizi AÇIQLAMASI
  8. Bərdədə hamilə qadın doğuşda ÖLDÜ
  9. Sahibə Qafarova beynəlxalq təşkilatların “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməsinə etiraz edib
  10. Hollivud ulduzu operatoru öldürdü, rejissoru yaraladı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI