“Bayden Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib” - Zelenski

“Bayden Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib” - ZelenskiUkrayna prezidenti Volodimir Zelenski bildirib ki, amerikalı həmkarı Cozef Bayden Ukraynanın NATO üzvü olması cəhdini dəstəkləyir.

Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

Ukrayna rəhbəri bununla yanaşı əlavə edib ki, bu qərar təkcə Birləşmiş Ştatlardan asılı deyil.

"O dedi: "Mən düşünürəm ki, siz orada (NATO-da-red) olmalısınız, amma bu yalnız məndən asılı deyil", — Zelenski qeyd edib.

Daha əvvəl Zelenski bildirib ki, Ukrayna ABŞ-dan NATO-ya üzvlüklə bağlı birbaşa cavab almayıb.

Bu halda Ukrayna lideri hesab edir ki, rəsmi Kiyev Amerikaya etibar edə bilər, çünki iki dövlətin hazırkı münasibətləri başqa səviyyədədir.

“Bayden Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib” - Zelenski

  • 13-09-2021, 09:12
  • 397


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI