Gədəbəyə dolu düşüb - Faktiki hava

597 14-09-2021, 11:46 hadise

Gədəbəyə dolu düşüb - Faktiki havaEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb.

Musavat.com xəbər verir ki, Xidmətin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib. Lakin Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2.0 mm olub.

Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan xırda dənəli dolu düşüb.

XƏBƏR LENTİ