“MEHDİYEVİN NƏVƏSİ İŞƏ GƏLMİR, AMMA MAAŞ ALIR...” - “Fikrət Əliyevi vəzifəyə qoyduqdan sonra tender maxinasiyaları başladı”

1 257 30-09-2021, 09:27 siyaset / cemiyyet / gundem

“MEHDİYEVİN NƏVƏSİ İŞƏ GƏLMİR, AMMA MAAŞ ALIR...” - “Fikrət Əliyevi vəzifəyə qoyduqdan sonra tender maxinasiyaları başladı”“Ramiz Mehdiyevi burada tanıdım ki, bu adam dəhşətli, neqativ əməllərlə zəngin, qanun tanımayan, ətrafı savadsız, fırıldaqçı adamlarla dolu, elmi yox pulu üstün tutan bir şəxsdir.” Bunu AMEA Rəyasət Heyətinin İşlər İdarəsində baş mütəxəssis işləmiş, hazırda isə qanunsuz olaraq işdən qovulduğunu deyən Coşqun Yəhyayev “AzPolitika.info”-ya məktubunda deyir.

C.Yəhyayev şikayətində qeyd edir ki, Ramiz Mehdiyev AMEA-ya sədr təyin olunandan sonra tender maxinasiyaları da daxil olmaqla, çoxsaylı qanunsuzluqlara və özbaşınalıqlara yol verilir: “Mən AMEA Rəyasət Heyətinin İşlər İdarəsində baş mütəxəssis işləmişəm. 2020-ci il mayın 20-də işdən çıxarılmışam. Mayın 17-dən 31-dək xəstə olmağıma və bununla bağlı müvafiq arayış təqim etməyimə baxmayaraq, məni qanunsuz olaraq işdən çıxarıblar. Ramiz Mehdiyev İşlər İdarəsinə qohumu Fikrət Əliyevi müdir qoyandan sonra neqativ əməllərə, tender maxinasiyalarına və s. etiraz etmişəm. Mənim belə əməllərlə ailəmə ləkə vuracağımı, belə işləyə bilməyəcəyimi deməyim, başqa işə keçirilməyimi tələb etməyim, eləcə də “mən doktorantam, ziyaliyam, siz isə diş texnikisiniz, akademiyada nə edirsiniz” deməyim onların xoşuna gəlmədi.”

C.Yəhyayev bildirir ki, bundan sonra rəhbərlik onu kənarlaşdırmaq qərarına gəlib və buna nail olub. Şikayətçi R.Mehdiyevin və yaxın ətrafının akademiyada olduqca neqativ mühit yaratdığını yazır: “Onlar yalnız neqativ əməllərlə, şər atmaqla insanları işdən çıxarırlar. Mənim kimi onlarla əməkdaş var ki, bunların ucbatından məhkəmələrdə qalıblar. R.Mehdiyevin qalmaqallı toy edən nəvəsi bir dəfə də işə gəlməyib, onu heç akademiyada tanıyan da yoxdur, ancaq buna baxmayaraq, həmin təşkilatdan maaş alır, mənim kimi mütəxəssislər isə işdən çıxarılır...”


“MEHDİYEVİN NƏVƏSİ İŞƏ GƏLMİR, AMMA MAAŞ ALIR...” - “Fikrət Əliyevi vəzifəyə qoyduqdan sonra tender maxinasiyaları başladı”
Şikayətçi qeyd edir ki, R.Mehdiyevə aid müəssisələrdə çalışmış şəxslər akademiyada müxtəlif vəzifələrə təyin edilir, alimlər, mütəxəssislər isə müxtəlif bəhanələrlə işdən kənarlaşdırılır: “AMEA-da olan problemlər danışmaqla bitmir. R.Mehdiyev qurumda aparat rəhbəri ştatı yaradaraq, oraya özünün Slavyan Universitetindən qovulmuş adamını - Seyfəl Həsənovu təyin edib. Hansi ki, aparat rəhbəri ştatı Nazirlər Kabineti tərəfindən təsdiq edilməmiş ona 1500 AZN maaş verilə bilməzdi.
“MEHDİYEVİN NƏVƏSİ İŞƏ GƏLMİR, AMMA MAAŞ ALIR...” - “Fikrət Əliyevi vəzifəyə qoyduqdan sonra tender maxinasiyaları başladı”
Eləcə də AMEA-nın qarajının bu sahə üzrə ali təhsilli mütəxəssisi olan müdirini işdən çıxarıb, onun yerinə armatur zavodunda işdən qovulmuş adamlarından birini təyin etdilər. Məlumdur ki, həmin zavodu onlardan məlum neqativ əməllərə görə alıblar. Ondan sonra həmin müəssisədən kimi çıxarsalar, AMEA-ya işə götürürlər. Təsəvvür edin, ziyalılar Allaha dua edirlər ki, bunların zavodlardakı adamlarını işdən çıxarmasınlar ki, sonradan bizi işdən çıxarıb, yerimizə onları təyin etməsinlər.”

Şikayətçi həmçinin, Mehdiyev akademiyaya gələndən sonra ev bölgüsündə qanunsuzluqlara yol verildiyini və bunun araşdırılmasının vacib olduğunu bildirir.

“AzPolitika.info”

XƏBƏR LENTİ