Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib

“Bu gün peyvəndləmə ilə əlaqədar ölkəmizdə gözəl işlər görülür və vaksinasiyanın nə qədər vacib olduğunu bilirik”.

Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O, bu sahədə olan bir problemə də toxunub: “Təəssüflər olsun ki, tələbə hamilə qadınlardan COVID-19 pasportu və immun sertifikatı tələb olunur. Bununla əlaqədar bir ana tələbəlikdən könüllü şəkildə imtina edib. Bu vəziyyətdə biz hamilə qadınlardan, uşaq əmizdirən qadınlardan pasport tələb edə bilmərik. Universitetlər bunu anlayışla qarşılamalıdırlar, onlardan pasport tələb etməməlidirlər”.

Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, bu çox vacib məsələdir: "Ümid edirəm ki, universitetlər də bu məsələni diqqətdə saxlayacaqlar".Moderator.az/

Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib

  • 11-10-2021, 12:58
  • 200


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda televiziya aparıcısı olan Şəbnəm Naibli Türkiyə kanalında veriliş açıb
  2. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  3. Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb - YENİLƏNİB
  4. Eldar Həsənov xəstəxanadan təcridxanaya qaytarılıb
  5. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  6. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  7. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  8. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  9. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  10. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI