Agentlik reydlərə başladı - Qanunsuz sərnişin daşıyanlar cərimələndi

517 12-10-2021, 12:38 cemiyyet

Agentlik reydlərə başladı - Qanunsuz sərnişin daşıyanlar cərimələndiBu gündən etibarən Daxili İşlər Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə qanunsuz sərnişindaşımaya qarşı reydlərə start verib.



Xeberdar.net-in məlumatına görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.



O bildirib ki, artıq səhər saatlarından etibarən reydlərə start verilib:



"Hazırda Daxili İşlər Nazirliyinin Qaradağ postunda yol polisləri agentlik əməkdaşları ilə birlikdə reydlər keçirir. Tədbirlər 08:00-dan başlanıb. Tədbirlər bu gündən etibarən mütəmadi davam etdiriləcək, qanunsuz sərnişin daşıyanlara qarşı müvafiq tədbirlər görüləcək".


Xeberdar.net

XƏBƏR LENTİ