Əlverişsiz hava Türkiyənin Aydın bölgəsində fəsadlar yaradıb

564 13-10-2021, 16:56 dunya

Əlverişsiz hava Türkiyənin Aydın bölgəsində fəsadlar yaradıbGüclü külək və fırtınalı hava şəraiti Türkiyənin Aydın bölgəsində ağır fəsadlar yaradıb.

AZƏRTAC xəbər verir ki, nəticədə 15 müəssisəyə və 17 avtomobilə zərər dəyib. Böyük ağaclar kökündən çıxaraq avtomobillərin üstünə, yollara aşıb.

Aydın Valiliyinin məlumatında görə, müxtəlif səbəblərdən yaralanan 7 nəfərə tibbi yardım göstərilib. Aydın şəhər mərkəzində yerləşən məscidin iki minarəsi yerindən qopub./Moderator.az/

XƏBƏR LENTİ