Tbilisidə onminlərlə insan Saakaşviliyə azadlıq tələb edir - FOTO (Yeniləndi)

584 14-10-2021, 22:26 dunya

Tbilisidə onminlərlə insan Saakaşviliyə azadlıq tələb edir - FOTO (Yeniləndi)Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyası Tbilisidə onminlərlə insanın iştirak etdiyi etiraz aksiyası keçirir. Azadlıq meydanında keçirilən mitinqdə “Mişaya azadlıq” şüarları qaldırılıb.

Məlumat verilir ki, hökumət mitinqin kütləviliyinin qarşısını almaq üçün tədbirlər görüb, lakin insanların Azadlıq meydanına axışmasının qarşısını ala bilməyib.
Tbilisidə onminlərlə insan Saakaşviliyə azadlıq tələb edir - FOTO (Yeniləndi)
Tbilisidə onminlərlə insan Saakaşviliyə azadlıq tələb edir - FOTO (Yeniləndi)
Tbilisidə onminlərlə insan Saakaşviliyə azadlıq tələb edir - FOTO (Yeniləndi)
***

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” partiyası onun azadlığa buraxılması tələbi ilə Tbilisidə irimiqyaslı etiraz aksiyasına hazırlaşır. Təşkilatçılar Azadlıq meydanına onminlərlə tərəfdarın toplanacağına ümid edirlər. “Mişaya azadlıq” aksiyası bu gün axşam saatlarına nəzərdə tutulur.

Regionlardan aksiyada iştirak üçün avtomobil karvanlarının getdiyi xəbər verilir. Hakim “Gürcü arzusu” partiyasının tərəfdarları isə mərkəzi yolda müxalifətçiləri süpürgələrlə qarşılayır. Bu, Saakaşilinin hakimiyyəti dövründə ölkə həbsxanalarında işgəncə iddialarına eyhamdır.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də gizlicə Gürcüstana qayıdıb və Tbilisidə həbs olunub. Həmin gündən aclıq etdiyini deyən Saakaşvili özünü siyasi məhbus elan edib, ittihamları isə qondarma adlandırıb.

Saakaşvili iki iş üzrə təqsirli bilinib. Ona Daxili İşlər Nazirliyinin qətldə təqsirli bilinmiş keçmiş əməkdaşlarını əfv etdiyinə görə 3 il həbs kəsilib. Keçmiş deputat Valeri Gelaşvilini döyməyə görəsə 6 il həbs cəzası alıb.

Gürcüstan hakimiyyəti bildirir ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası nəzərdə tutulmur, o, vətəndə cəzasını çəkməlidir.

Qeyd edək ki, Tbilisidə Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçiriləcək mitinqlə əlaqədar olaraq təhlükəsizlik tədbirləri gücləndirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azadlıq meydanı yaxınlığında polis qüvvələri və xüsusi təyinatlılar səfərbər olunub.

Polis əməkdaşları ilə dolu bir neçə avtobus Rustaveli prospektində müşahidə olunur. Bir avtobus parlament binasının həyətinə daxil olub.

“Mişaya azadlıq!” şüarlı mitinq bu gün saat 18:00-a təyin olunub.

"AzPolitika.info"

XƏBƏR LENTİ