İlham Əliyev Çavuşoğlu ilə görüşdü

İlham Əliyev Çavuşoğlu ilə görüşdü
Prezident İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankarada baş verən terror aktında vəfat edənlər üçün başsağlığı verən dövlət başçısı dərin kədər hissini ifadə edib. Prezident bu ağır günlərdə Azərbaycan xalqının hər zaman olduğu kimi Türkiyə xalqının yanında olduğunu diqqətə çatdırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən zəng vuraraq Bakıya gələ bilməyəcəyini bildirdiyini deyən Azərbaycan prezidenti bunu anlayışla qarşıladığını, həmkarına başsağlığı verdiyini bildirib.

Ərdoğanla görüşünün baş tutacağı toplantının əhəmiyyətindən bəhs edən və bu görüşün iki qardaş ölkənin birliyini göstərdiyini qeyd edən İlham Əliyev mühüm məsələləri ehtiva edən və geniş gündəliyi olan toplantının yaxın vaxtlarda keçiriləcəyini deyib.

Türkiyə XİN rəhbəri başsağlığı üçün Azərbaycan prezidentinə təşəkkürünü bildirərək İlham Əliyevin və Azərbaycan xalqının hər zaman olduğu kimi bu çətin gündə də Türkiyə xalqının yanında olduğunu vurğulayıb.

Terrorla hər zaman mübarizə aparılmasının vacib olduğunu qeyd edən Çavuşoğlu Türkiyənin terrorla mübarizəyə bundan sonra da qətiyyətlə davam edəcəyini bəyan edib.
Xəbərdar.net

İlham Əliyev Çavuşoğlu ilə görüşdü

  • 18-02-2016, 13:57
  • 597


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  4. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  5. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  6. TOFİQ YAQUBLU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ - Siyasi partiyalar tərəfindən
  7. 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –Kürdəmirdə
  8. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  9. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  10. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI