Azərbaycanda evdə PARTLAYIŞ: ölən var...Azərbaycanda evdə PARTLAYIŞ: ölən var.

705 22-10-2021, 11:40 cemiyyet / hadise

Şamaxıda evdə partlayış olub.

Şamaxı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, oktyabrın 2-də şəhər sakini MirDaşqın Babayev yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar baş vermiş partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xeberdar.net

XƏBƏR LENTİ