TƏBRİZDƏ VALİNİN DÖYÜLMƏSİNİN PƏRDƏARXASI – “O, münafiq və xaindir”

588 25-10-2021, 16:25 dunya

TƏBRİZDƏ VALİNİN DÖYÜLMƏSİNİN PƏRDƏARXASI – “O, münafiq və xaindir”"Şərqi Azərbaycan valisinin təqdimat mərasimində baş verən insident İranın İnqilab Keçikçiləri Korpusunun (SEPAH) rəhbərliyində qarşıdurmanı gücləndirib".

"AzPolitika.info" xəbər verir ki, bu barədə "Gunaz.TV" irandakı mənbələrinə istinadla xəbər yayıb.

Xatırladaq ki, oktyabrın 23-ündə İranın daxili işlər naziri Əhməd Vəhidinin iştirakı ilə Təbrizdə keçirilən mərasimdə Şərqi Azərbaycanın yeni təyin olunan valisi, keçmiş SEPAH generalı Zeynəlabdin Rəzəvi Xorrəmi döyülüb. Onu vuran Əyyub Əlizadənin də SEPAH komandiri olduğu qeyd olunur.
TƏBRİZDƏ VALİNİN DÖYÜLMƏSİNİN PƏRDƏARXASI – “O, münafiq və xaindir”
Mənbə bildirir ki, mərasim bitdikdən sonra mətbuat nümayəndələrinə açıqlama verən yeni vali və başqa rəsmilərin iddialarından fərqli olaraq insidentin səbəbi başqadır. "Valiyə hücum edən şəxsin və digər SEPAH komandirlərinin açıqlamaları göstərir ki, insident İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyində yaranan qarşıdurma və ixtilafların nəticəsidir", - "Gunaz.TV" yazıb

Valini döyən polkovnik Əyyub Əlizadə yayınladığı yazılı açıqlamada etdiyi əməlindən peşman olmadığını bildirib, valini münafiq, sistemə qarşı gedən xain adlandırıb. “Ümid edirəm ki, məni məhkəməyə verərlər və bu vasitə ilə mənə sənəd və faktlarla Zeynəlabdin Rəzəvi Xorrəmin şəhidlərin qanına və rəhbərliyə qarşı xəyanətini sübut etmək imkanı yaranar” - o, bildirib.
TƏBRİZDƏ VALİNİN DÖYÜLMƏSİNİN PƏRDƏARXASI – “O, münafiq və xaindir”
Açıqlamada Əlizadə yeni valini korrupsiyada, oğurluqda, dövlətin və xalqın sərvətini talamaqda günahlandırıb. Bildirib ki, vali oğurladığı pullarla özünün və həyat yoldaşının adına İstanbul və Ankarada luks evlər, əmlaklar alıb. Ə.Əlizadə valinin bütün bunlara görə cavab verməsini tələb edib. O, eyni zamanda Zeynəlabdin Rəzəvi Xorrəmini əxlaqsızlıqda ittiham edib. Bundan öncə bir neçə qadının onunla bağlı məhkəməyə müraciət etdiyini qeyd edib.

Məsələ ilə bağlı səsli açıqlama yayan başqa bir SEPAH polkovniki Seyid Cavad Məhəmmədi isə mövzunun şişirdilməsini düzgün saymayıb. O, bunu “düşmən dəyirmanına su tökmək" adlandırıb.

"AzPolitika.info"

XƏBƏR LENTİ