Bakıda uçmaq təhlükəsi olan binaya görə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Bakıda uçmaq təhlükəsi olan binaya görə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - XƏBƏRDARLIQBakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi piyada və sürücülərə müraciət edib.

DYP-dən daxil olan müraciətdə deyilir:

"Paytaxtın Nərimanov rayonu ərazisində H.Əliyev prospektinin A.Nemətulla küçəsi ilə kəsişmə hissəsindən metronun Nəriman Nərimanov istiqamətinə olan yolun, yəni A.Nemətulla küçəsi 32 ünvanında istismara tam yararsız yarı sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb.

Qanunvericilikdə nəzərdə tutulan sənədlər əsasında binanın tam sökülməsi nəzərə alınıb. Bu məqsədlə oktyabrın 26-da saat 21:30-dan etibarən H.Əliyev prospektindən A.Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqaməti dəyişdirilir".

“Qısamüddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədi ilə bütün hərəkət iştirakçılarına (piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə) müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər” - DYP-dən bildirilib./ Moderator.az/

Bakıda uçmaq təhlükəsi olan binaya görə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

  • 26-10-2021, 12:21
  • 386


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. UKRAYNADA PARTİZAN HƏRƏKATI BAŞLAYIB - Ruslara xidmət edənlər öldürülür + FOTO
  2. Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub
  3. "BROKER" MMC-nin RƏHBƏRİ HƏBS EDİLDİ - DTX tərəfindən saxlanılıb + FOTO
  4. Müsəlmanların qətli məni qəzəbləndirir - Bayden
  5. Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
  7. Ermənilərin yeni qorxusu: “Belə getsə, İrəvanı da itirəcəyik”
  8. Ünvanlı sosial yardımın məbləği artıb
  9. "Rusiya hərbçiləri kəndə nəzarəti bir neçə dəfə artırıblar...”- Zabuğa gəlmiş Petrosyan...
  10. İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI