Xınalığa 25 sm qar yağıb - Şaxta olub

Xınalığa 25 sm qar yağıb - Şaxta olubAzərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.



Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, ölkə ərazisində oktyabrın 25-i axşam saat 18:00 radələrindən başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi güclənib.



Oktyabrın 26-ı səhərədək düşən yağıntının miqdarı Ləzədə (Qusar) 27.0 mm, Qubada 15.0 mm, Qrızda 14.0 mm, Daşkəsən, Qusarda 18.0 mm, Xınalıqda 12.0 mm, Şahdağ, Xaltanda 11.0 mm, Altıağacda 9.0 mm, Göygöldə 8.0 mm, Gədəbəy, Lerikdə 7.0 mm, Şabran, Oğuz, Qobustanda 5.0 mm, Gəncə 4. 0 mm, Sarıbaş (Qax), Biləsuvar, Hacıqabul, Salyan, Sabirabad, Cəfərxan, Qazıməmməd 3.0 mm, Kişçay (Şəki), İsmayıllı, Ağdərədə (Ordubad) 2.0 mm, Naxçıvan, Naftalan, Şəmkir, Zaqatala, Şəki, Tərtər, Bərdə, Yevlax, İmişli, Neftçala, Göytəpə, Lənkəranda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında Maştağa, Pirallahıda 4.0 mm, Bakıda 3.0 mm, Sumqayıtda 2.0 mm olub.



Qar örtüyünün hündürlüyü Ləzə, Xınalıqda 25 sm, Qrızda 23 sm, Dəstəfurçay-Qaraqollar (Daşkəsən) 11 sm, Şahdağ, Xaltanda 3 sm, Qusarda 2 sm, Altıağac, Daşkəsəndə 1 sm olub.



Şimal-qərb küləyi arabir Naftalanda 32 m/s, Tərtərdə 27 m/s, Tovuzda 24 m/s, Ağdam, Bərdədə 23 m/s, Ağstafa, Nabran, Neftçala, Gəncədə 20 m/s, Ceyrançöl, Göyçayda 18 m/s, Mingəçevir, Yevlaxda 17 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Qum adasında 28 m/s, Pirallahıda 25 m/s, Neft Daşları, Çilov adası, Maştağada 24 m/s, Sumqayıtda 22 m/s, Binədə 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.5 metrə çatıb.



Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8°-dək isti, aran rayonlarında 11°-dək isti, dağlıq rayonlarda 6°-dək şaxta, Naxçıvan MR-da 3-10° isti olub.

Xeberdar.net

Xınalığa 25 sm qar yağıb - Şaxta olub

  • 26-10-2021, 13:40
  • 359


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI