Bu şəxslər rayon avtobuslarına BURAXILMADI

558 2-11-2021, 13:49 cemiyyet

Bu şəxslər rayon avtobuslarına BURAXILMADINazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 1 noyabrdan etibarən şəhərlərarası sərnişindaşımada yaşı 18-dən yuxarı olan sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatı tələb olunur.



Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, dünəndən etibarən bu istiqamətdə monitorinq aparılır:



“Respublika üzrə beynəlxalq avtovağzal və avtostansiyalarda monitorinq aparmışıq. Çox az sayda peyvənd olunmayan insanlar müraciət edib. Birinci doza peyvənd olunan və ikinci dozanın vaxtı çatanlar üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksində ayrılmış xüsusi məntəqədə ikinci doza peyvənd olunaraq, səyahətlərini davam etdiriblər”.



DANX rəsmisinin sözlərinə görə, birinci doza peyvənd olunan, lakin ikinci dozanın vaxtı çatmayan şəxslər səyahət edə bilməyiblər.

Xeberdar.net

XƏBƏR LENTİ