Yerevanda itkin düşmüş hərbçilərin yaxınları aksiya keçirir

560 3-11-2021, 16:46 dunya

Yerevanda itkin düşmüş hərbçilərin yaxınları aksiya keçirirYerevanda Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin yaxınları Ermənistanın hökumət binasının qarşısında etiraz aksiyası keçirilir.

Xeberdar.net-in erməni KİV-lərinə istinadən məlumatına görə, onlarla etirazçı baş nazir Nikol Paşinyanla görüş tələb edir.

Qeyd olunur ki, əsgər yaxınları Yerevanın mərkəzi prospektini hərəkətə bağlayıb. Onlar N.Paşinyanla görüşməyənədək oranı tərk etməyəcəyini bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ