"Tarqovı"da FACİƏ: qadının başına daş düşdü

656 11-11-2021, 12:04 hadise

"Tarqovı"da FACİƏ: qadının başına daş düşdüBakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından xəsarət alan 4 nəfər “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsə gətirilib.

Bu barədə Lent.az-a KTM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, mərkəzə yerləşdirilən iki nəfər - Əşrəfov Toğrul Əlvida oğlu və Soltanov Sadiq İslam oğlu Nəsimi rayonu, S.Əsgərova küçəsində binadan tökülən şüşə qırıntılarının nəticəsində xəsarət alıblar.

Daha bir nəfər Şıxəliyeva Diana Xəyal qızı “Tarqovı”da binanın balkonunun daş qırıqlarının tökülməsi nəticəsində alın nahiyəsindən yaralanıb. İsayeva Pərvanə Əhməd qızı isə Yasamal rayonu, M.Seyidov küçəsində ağacın aşması nəticəsində ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Kliniki Tibbi Mərkəzə gətirilən xəstələrdən üçünə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb. İsayeva Pərvanə Əhməd qızının müalicəsi isə davam etdirilir.

Xeberdar.net

XƏBƏR LENTİ